main-post-cover

    MS Excel proqramına dair Azərbaycan dilində kitab işıq üzü görüb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    INNAB Peşəkar İnkişaf Platforması daha bir yeniliyə imza atıb.

    Ölkəmizdə iş dünyasında ən çox istifadə edilən MS Excel proqramına dair stolüstü kitab işıq üzü görüb. Nahid Nəsirovun müəllifi olduğu kitabda Excelin A-dan Z-ə bütün panel, əmr və menyuları barədə məlumat verilmişdir. Bundan əlavə 222 funksiyanın praktiki nümunələr üzərində izahı mövcuddur. Bu kitabı əldə etməklə kursa getmədən Exceli 0-dan başlayaraq addım-addım öyrənə biləcəksiniz. Kitabın mündəricatı Excelin panellərinin strukturuna uyğunlaşdırılıb. Bunun sayəsində Exceldə istənilən əmr barədə çox axtarış etmədən məlumatı əldə edə bilərsiniz. Kitabın mündəricatını onlayn olaraq buradan yükləyə bilərsiniz.
     
    Kitabın Bakı, Sumqayıt, Xırdalan, Lökbatan və Gəncədən pulsuz çatdırılması mümkündür.
    Sifariş üçün telefon: 077 219 1050


    Linki kopyala