main-post-cover

    Müsəlman ölkələri "Pokemon Go"-nu qadağan edə bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Getdikcə adından daha çox söz etdirən "Pokemon Go” oyununun İslam ölkələrində qadağa olunacağı xəbəri ilə gündəmi zəbt etməyi bacarıb. İlk öncə ölkə vətəndaşlarını qorumaq üçün bu qadağanı tətbiq etdiyini bildirən İran İslam Respublikasından sonra artıq digər islam ölkələri də bu yöndə addım atacağını bildirib. Malayziya İslam Müşavirə Komitəsi də bu yöndə qərar qəbul edəcəyini açıqlayıb. Komitənin axundu Zulkifli Mohamad al-Bakri, komitənin veb səhifəsinə verdiyi açıqlamada "Komitənin 1 avqust tarixində keçirdiyi konfransda Pokemon Go oyununun müsəlmanlar arasında qadağan olunması qərarını qəbul ediblər.” deyə bildirib. Səudiyyə Ərəbistan və Misir İslam alimləri Pokemon Go oyununun insanlarda iqtidar hisslərinin baş qaldırmasına və həmçinin qumar kimi mənfi vərdişlərə yol açacağına görə narahat olduqlarını bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər