
Müsahibə zamanı şirkətə verə biləcəyiniz suallar
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Müsahibə sualları dedikdə ilk ağla gələn işə
qəbul zamanı soruşulan suallar olur. Belə ki, hər kəs müsahibəyə əsasən boş vakant
yer olduqda müraciət edir və dəvət alır.
Müsahibəni götürən tərəflər isə əsasən insan resursları (HR) və müraciət olunan departamentin nümayəndəsi olur. Başqa
sözlə desək, onlar sizə suallar verdiyi kimi siz də onlara suallarla müraciət
edərək gələcəkdə işləmək üçün müraciət etdiyiniz şirkətin qayda-qanunları haqda
məlumat sahibi ola bilərsiniz. Belə ki, bir çox HR-lar müsahibənin sonunda işə
müraciət edən şəxsə "Sizin hər hansı sualınız varmı?” deyə sual ünvanlayırlar.
Amma təəssüf ki, bir çox işçilər bu fürsəti dəyərləndirmirlər.

Müsahibəyə
gedərkən ilk öncə şirkət haqda məlumatlı olmağınız sizin üçün müsbət sayılacaq
nüanslardandır. Bundan əlavə müsahibəyə gedərkən sizi şirkət haqda
maraqlandıran bütün sualları gözdən keçirməyinizi tövsiyə edirik. Yəni, müsahibə
iki tərəfli anlaşmanın bağlandığı vacib məqamı təşkil edir. Dolayısıyla siz
müsahibədə sizi maraqlandırıan ən kiçik detallar haqda belə maraqlana bilərsiniz.
Müsahibədə
sizi maraqlandıran sualları verərkən mümkün qədər şirkətin məşğul olduğu sektora
aid sualları araşdırın. Bu sizin həm işə daha həvəsli olduğunuzu ortaya çıxaracaq,
həm də sizin haqda müsbət fikir formalaşdıracaq.
Müsahibədə
sual seçərkən mümkün qədər tətil, iş saatlarının uzunluğu haqda suallar verməyin.
Bu sizin haqda ilk baxışda mənfi rəy yarada bilər.

Bunun
yerinə siz daha çox şirkətin işləri haqda suallar verə bilərsiniz. Bunların bir
neçəsi ilə sizi tanış edirik:
Komandanızın
keçən il keçirdiyi ən böyük dəyişiklik nələrdən ibarət olub?
Məni
seçdiyiniz təqdirdə məndən nə kimi gözləntiləriniz var?
Gələcəkdəki
rəhbərimin əsas iş prinsipi nələrdən ibarətdir?
Hansı
şirkətləri özünüzə rəqib görürsünüz?
Bu
sektorda ilkin başlanğıcı necə etdiniz?
Hansı
məlumatları öz işçilərinizlə paylaşırsınız? (Gəlir, maliyyə, iş planları)
Gündəlik
iş rejimi neçə təşkil olunur?
Şirkətinizdəki
işçiləri hansı xüsusiyyətlərə görə dəyərləndirirsiniz?
Linki kopyala
Həftənin xəbərləri

