Reklam
Müsahibə zamanı şirkətə verə biləcəyiniz suallar

Müsahibə zamanı şirkətə verə biləcəyiniz suallar

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Müsahibə sualları dedikdə ilk ağla gələn işə qəbul zamanı soruşulan suallar olur. Belə ki, hər kəs müsahibəyə əsasən boş vakant yer olduqda müraciət edir və dəvət alır.

Müsahibəni götürən tərəflər isə əsasən insan resursları (HR) və müraciət olunan departamentin nümayəndəsi olur. Başqa sözlə desək, onlar sizə suallar verdiyi kimi siz də onlara suallarla müraciət edərək gələcəkdə işləmək üçün müraciət etdiyiniz şirkətin qayda-qanunları haqda məlumat sahibi ola bilərsiniz. Belə ki, bir çox HR-lar müsahibənin sonunda işə müraciət edən şəxsə "Sizin hər hansı sualınız varmı?” deyə sual ünvanlayırlar. Amma təəssüf ki, bir çox işçilər bu fürsəti dəyərləndirmirlər.



Müsahibəyə gedərkən ilk öncə şirkət haqda məlumatlı olmağınız sizin üçün müsbət sayılacaq nüanslardandır. Bundan əlavə müsahibəyə gedərkən sizi şirkət haqda maraqlandıran bütün sualları gözdən keçirməyinizi tövsiyə edirik. Yəni, müsahibə iki tərəfli anlaşmanın bağlandığı vacib məqamı təşkil edir. Dolayısıyla siz müsahibədə sizi maraqlandırıan ən kiçik detallar haqda belə maraqlana bilərsiniz.

Müsahibədə sizi maraqlandıran sualları verərkən mümkün qədər şirkətin məşğul olduğu sektora aid sualları araşdırın. Bu sizin həm işə daha həvəsli olduğunuzu ortaya çıxaracaq, həm də sizin haqda müsbət fikir formalaşdıracaq.

Müsahibədə sual seçərkən mümkün qədər tətil, iş saatlarının uzunluğu haqda suallar verməyin. Bu sizin haqda ilk baxışda mənfi rəy yarada bilər.

 

Bunun yerinə siz daha çox şirkətin işləri haqda suallar verə bilərsiniz. Bunların bir neçəsi ilə sizi tanış edirik:

Komandanızın keçən il keçirdiyi ən böyük dəyişiklik nələrdən ibarət olub?

Məni seçdiyiniz təqdirdə məndən nə kimi gözləntiləriniz var?

Gələcəkdəki rəhbərimin əsas iş prinsipi nələrdən ibarətdir?

Hansı şirkətləri özünüzə rəqib görürsünüz?

Bu sektorda ilkin başlanğıcı necə etdiniz?

Hansı məlumatları öz işçilərinizlə paylaşırsınız? (Gəlir, maliyyə, iş planları)

Gündəlik iş rejimi neçə təşkil olunur?

Şirkətinizdəki işçiləri hansı xüsusiyyətlərə görə dəyərləndirirsiniz?

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×