Mütəxəssislər: Qrafik açarı, 5 cəhddən sındırmaq mümkündür
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Lankaster Universitetinin mütəxəssisləri sübut ediblər ki, qrafik açar üsulu, smartfonun digər şəxslər tərəfindən hack olunmasının qarşısını almır.
Mütəxəssislər qeyd ediblər ki, barmaq izi skanı, şifrə və ya
rəqəmsal PIN kod, smartfonu daha etibarlı şəkildə qoruyur. Qrafik açarlardan
40% Android istifadəçiləri yararlanır və onların demək olar ki, hamısı təhlükəsiz
deyil. Əgər hər-hansı bir hacker, sizə yaxın məsafədə oturub və sizin, smartfonu
necə qrafik açar vasitəsilə aktiv etdiyinizi kameraya çəkirsə onda ona heç
smartfonun ekranına belə baxmaq lazım deyil. Bunu çox sadə üsulla etmək olar. Məsələn
sizin smartfonunuzu hack etmək istəyən şəxs sadəcə olaraq guya öz smartfonunda
hansısa işi gördüyü təəssüratını yarada bilər. Bu cür videoların analizi ilə isə
jestləri tanıyan tətbiqlər aparırlar. Nəticə olaraq isə tətbiq, hackerə lazımi
qrafik açar kombinasiyasını təqdim edir. Qrafik açar nə dərəcədə qəliz olarsa, tətbiq
onu daha dəqiqliklə müəyyən edir. Mütəxəssislər təyin ediblər ki, bu cür videoçəkilişi,
2.5 m məsafədən etmək olar. Beləliklə ictimai yerdə hər-hansı birinin
smartfonunu hack etmək mümkündür. Təcrübə üçün 120 unikal qrafik açarın təyin
olunması eksperimenti aparılıb. 95% halda isə 5 cəhddən sonra lazımi qrafik
şifrə kombinasiyası təyin olunub. Bununla mübarizə aparmaq çox asandır. Belə
ki, qrafik şifrəni yığdığınız barmağınızı digər əlinizlə örtün.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)