main-post-cover

    Mövcud bütün startap yarışlarının qalibi olan “Kvotter”in uğrunun arxasında gizlənən 3 səbəb

    Digər
    07.05.2017
    Farid Pardashunas
    2016-cı ildə Azərbaycanda keçirilən startap yarışlarının demək olar ki, hamısının qalibi olan "Kvotter” layihəsi, Yeni Fikir yarışmasından 5000 Avro qrant əldə etdikdən sonra son olaraq gələn il Azərbaycanı İsveçrədə Seedstars World yarışmasında təmsil etmək hüququnu da qazanıb. Kitablardan sitatların paylaşılmasını asanlaşdıran bu tətbiq ayrılıqda bir sosial platformadır və əsas hədəf kütlə kitab oxuyan və kitabla maraqlanan insanlardır. Belə bir vəziyyətdə hər tərəfdən müsbət rəylər alan və hələ ki, tənqid edilməyə bir səbəb tapılmayan bu layihənin əllərində hazır məhsul olmadan yerli bazarda ard-arda uğur qazanmasının əsas səbəbləri nədir?
    1. Köhnə bazarda yeni layihə - Startap yarışlarında iştirak edənlər və bu bazarı yaxından izləyən insanlar yaşı bilir ki, 2016-cı il əsasən 2015 və daha əvvəl ki, illərdə olan layihələrin təkrarlanması və yenidən təqdim olunması ili idi. Hər startap tədbirində təqdim olunan layihələr artıq həm iştirakçılar həm də münsiflər üçün maraqsızdır. Artıq izləyici və münsiflər keçən ildən bəri heç bir dəyişiklik yaşamayan və inkişaf etməyən layihələrin təqdimatlarını izləməkdən bezib və hətta layihə müəllifinə verməyə sual belə tapılmır. Bu baxımdan yeni ideya ilə bazara girən Kvotter bu mövzuda rəqiblərindən 1 addım öndə idi. Yeni ideya istər investorlarda istərsə də bazarda maraq yaratmaya bilməzdi. Bu baxımdan Kvotter-in uğurunun ilkin səbəbi yeni olması və köhnə startaplarla mübarizə aparması idi.

    2. Coşqun Kərimov – Təqdimatlara izləyici və münsiflərin sona qədər maraqla qulaq asmasının və 6 dəqiqənin necə keçdiyinin hiss edilməməsinin bir əsas subyektiv səbəbi varsa o da Coşqundur. "Təqdimat canavarı” adlanan bu adam sanki sehirbazdır. Bükülmüş konserva qabın belə gözəl və pozitiv təqdim edəcək potensiala malik bu adam ideya müəllifi olduğu bu layihəni sözün əsl mənasında əla təqdim edir. Axıcı ingilis dilinin olması və yüksək təqdimetmə bacarığı, təlimçilik, natiqlik və kütlə önündə çıxış etmək Coşqunun ixtisaslaşdığı və işlədiyi sahədir. Uğurun əsas səbəbini soruşsaz qısacası Coşqun deyə bilərik.

    3. "Kvotter”in qlobal yönümlüyü – Əksər layihələr və startaplar digər qlobal laiyhələrin lokallaşmış versiyası olduğu halda Kvotter ideya baxımından birbaşa olaraq ölkəmizdə və dünyada rəqibsizdir. Bu baxımdan Shrippy-ni də bu siyahıya əlavə etmək olar. Dolayı yolla bir çox iri platformalara rəqib olsa da Kvotter-in yaratdığı sosial mühit digərlərindən fərqlənir. Bu baxımdan birbaşa qlobal bazarı hədəf alan və yaxşı ideya üzərindən qurulmuş bu layihənin uğur səbəblərindən biri də qlobal bazarı hədəf alması idi.
    Bookmate kimi qlobal rəqibin olduğu bir bazara daxil olan Kvotter hələ də özünə lazım olan investisiyanı almayıb. Azərbaycanda kifayət qədər qalib olmaq baxımından uğur qazanan layihənin Android platforması üçün alpha versiyadatətbiqləri MVP olaraq hazırdır. Yarışmalarda rahatlıqla uğur qazanan Kvotter, görək daxili bazarda istifadəçilər və bazar yönümündən də uğur qazana biləcəkmi? Komanda olaraq kifayət qədər təcrübəli üzvlərdən təşkil olunan Kvotter-in gələn il Seedstars-da performansın izləmək çox maraqlı olacaq.
    Ətraflı məlumat : www.kvotter.com

     
     
    Linki kopyala