main-post-cover

    MWC 2017nin ən yaxşı telefonu məlum oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    MWC 2017 çərçivəsində bir neçə yeni smartfon rəsmi olaraq təqdim olundu. Sərgini təşkil edən şirkət GSMA da, MWC 2017nin ən yaxşı telefonunu elan etdi. 
    MWC 2017 sərgisində LG, Sony və Nokia kimi nəhəng şirkətlər ən yeni smartfonlarını istehlakçıları ilə tanış etdi. Sərginin ən yaxşısı isə Xperia XZ Premium seçildi. Dünyanın ilk 4K HDR ekranına sahib olan bu telefon, olduqca böyük marağa səbəb olmuşdu. Ekran xüsusiyyətlərindən başqa Snapdragon 835 prosessoru və Motion Eye texnologyalı kamerası ilə də diqqətləri cəlb edən telefn olduqca iddialıdır. Yeni kamera, 960 fps slow motion videolar da çəkə bilir.
     
    Dizayn cəhətdən böyük bir yenilik gətirməyən Xperia XZ premium, əvvəlki model olan Z5 Premium kimi parlaq görüntü ilə gəlir. Suya və toza davamlı olan cihazda, güc düyməsinə inteqrasiya edilmiş parmaq izi oxuyucusu istifadə olunacaq.

    Sony Xperia XZ premium texniki xüsusiyyətləri

    Ölçülər: 156 x 77 x 7.9 mm - 195 qram
    Ekran: 5.5 inç 4K HDR
    Ram: 4 GB
    Kamera: 19 MP, OIS arxa kamera, 13 MP ön kamera
    Yaddaş: 64 GB
    Əməliyyat sistemi: Android 7.1 Nougat
    Batareya: 3230 mAh
     
    Linki kopyala