main-post-cover

    "MWC"də "Nokia"dan 4 telefon! (Nokia 6, Nokia 5, Nokia 3 haqqında)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bugün Barcelonada baş tutan "Mobil Dünya Konqresi" olduqca maraqlı keçir və gün ərzində brendlər öz yeni smartfonlarını və cihazlarını təqdim edirlər. Az əvvəl başa çatan "Nokia" konfransı isə izləyicilər tərəfindən maraqla gözlənilirdi. Bu konfransda "Nokia" 4 smartfon təqdim etdi.
     
    Gözlənildiyi kimi, "Nokia 3" və "Nokia 5" smartfonları təqdim olundu. İzləyiciləri şoka salan isə əfsanəvi "Nokia 3310"nun geri dönüşü oldu. Digər təqdim olunan telefon isə bir neçə ay öncə Çin bazarında satışa çıxarılmış "Nokia 6" oldu. Qeyd edək ki, yeni telefonlar "Nokia" tərəfindən istehsal edilmir və satılmır. Bütün hüquqlar digər bir Filland firması "HMD"ə məxsusdur. "HMD" CEO-su "Nokia 6"nın Çin bazarında 23 saniyə ərzində satılıb, stoklarda bitdiyini vurğuladı. 

    5.5 düyüm ekrana sahib "Nokia 6", "Qualcomm Snapdragon 430" prosessorundan güc alır. 3 GB RAM32 GB daxili yaddaşı ilə istifadəçilərin arzuladığı model ola bilər. 16 MP arxa və 8 MP ön kamerası ilə şəkil və video çəkimlərində olduqca iddialıdır. 3000 mAh batareya ilə satışa çıxacaq "Nokia 6" və "Nokia 6 Art", müvafiq olaraq 229299 avro qiymətə satılacaq. Konfransada diqqət çəkən məqamlardan biri də "Nokia 6"nın yeni versiyası olan "Art Black"in təqdim olunması idi. "Art Black" sadəsindən fərqli olaraq 4 GB RAM64 GB daxili yaddaşa malikdir.


    "Nokia 5" isə 6-dan fərqli olaraq 5.2 düyüm ekrana sahib olacaq və göy, qara, gümüşü, mis rəngləri ilə satışa çıxacaq. 2 GB RAM, 16 GB daxili yaddaş, "Qualcomm Snapdragon 430" modelin əsas göstəriciləridir. "Nokia 6"dan əsas fərqi "Nokia 5"in alminium gövdəyə sahib olmasıdır."Nokia 5"in qiyməti 189 avro təşkil edir. Hər iki "Nokia" modeli "Android 7.1.1 Nougat" əməliyyat sistemi ilə satışa çıxır.


    "Nokia 3" - 5 düyümlük HD ekran "Gorilla Glass" ekran qoruyucu ilə təmin olunub və 8 MP-lik arxa və ön kameraya  sahibdir. Telefon, 2 GB RAM, 16 GB daxili yaddaş və MTK6737 maraklı prosessor ilə təchiz olunub. "Nokia 3", 139 avro qiyməti ilə daha cəlbedici görünür. "Nokia"nın digər yeni modeli 3310 haqqında isə buradan geniş məlumat əldə edə bilərsiniz. 


    Linki kopyala