main-post-cover

    My Company, My Startup ilə xarici ölkələrə səyahət et, startup təcrübəsi qazan

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    My Company My Startup AIESEC Azərbaycan təşkilatının dəstəyi ilə yaradılmış biznes yönümlü layihədir. Layihənin məqsədi yerli və beynəlxalq səviyyədə gənc nəsil sahibkarların yaradılmasına yönəlmişdir. Layihə komandanlardan ibarət olan Azərbaycan istedadlı biznes tələbələrinə sahibkarlıq üzrə biznes planı yazmağı və dünyanın müxtəlif ölkələrində yerləşən AIESEC ofislərində təşkil etmək imkanı yaradır. 6-8 həftəlik təcrübə ərzində iştirakçılar sahibkarlıq, maliyyə, marketinq, HR, təşkilati inkişaf və bu kimi müxtəlif sahələrdə təlimlər təşkil edəcəklər. Təcrübənin son həftəsi "Business Case” təşkil olunmasına həsr olunacaq və mübadilə iştirakçıları yerli dinləyicilər(iştirakçılar) arasından ən yaxşı startup fikrini seçəcəklər.

    My Company My Startup layihəsi 2012, 2014 və 2015-ci illərdə Şri-Lanka, Cənubi Afrika Respublikası və Meksika olmaqla 8 Azərbaycanlı gənc və tələbələr tərəfindən uğurla həyata keçirilmişdir. Layihə sahələri Turizm və Otelçilik, Layihə İdarəetməsi və KOM olmuşdur. İndi isə, AIESEC Azərbaycan təşkilatı My Company My Startup layihəsini daha böyük miqyas və imkanlarla həyata keçirməyə başlayıb.
    Bu layihəni keçirməkdə əsas məqsəd gənc nəsil sahibkarlar formalaşdırmaqdır. Bu proqram istedadlı gənclərə öz startuplarını başlamaq üçün yetərincə özgüvən və bacarıqlar qazanmaq imkanı yaradır.

    Faydaları:

    1. İstedadlı biznes yönümlü gənclərin yerli və beynəlxalq əlaqələrin yaranması
    2. Korporativ təlimçilər tərəfindən keçiriləcək təlimlər
    3. Yerli və beynəxalq tələbələrin güclü şəbəkəsi
    4. Beynəlxalq komandada işləmə imkanı (komandanız yalnız yerli yox həmçinin beynəlxalq iştirakçılardan qurula bilər)
    5. Layihə Meneceri kimi sən qiymətli liderlik və komanda idarəçiliyi bacarıqlarına yiyələnəcəksən
    6. Nəzəri biliklərin təcrübədə tətbiq etmə imkanı
    7. Müxtəlif mədəniyyətlərin mübadiləsi
    8. Azərbaycanı müxtəlif ölkələrdə təmsil etmə imkanı
    9. Təcrübə başa çatdıqdan sonra iştirakçıların sertifikatla təltif olunması

    Namizədə aid tələblər:

    18-30 yaş arası, yaxşı İngilis dili səviyyəsinə malik olan və layihənin bir hissəsi olmaq istəyən hər kəs müraciət edə bilər. Biznes, Maliyyə, HR, Mühəndislik və Kompüter Elmləri aktiv sahələrdir.

    Layihənin müddəti: 

    Layihə 6-8 həftə davam edəcək.

    Layihənin həyata keçmə müddəti İyun, İyul və Avqust aylarıdır.

    Xərclər:

    İştirakçı 200 AZN iştirak haqqını və səyahət xərclərini qarşılayır. Viza və sığorta xərclərində Vizam.az şirkəti ilə əməkdaşlığımız nəticəsində endirim əldə edəcəkdir.
    Yerləşdirmə və yemək gedəcəyiniz ölkənin AIESEC təşkilatı tərəfindən təmin ediləcək.

    Necə müraciət etməli:

    Müraciət fomunu doldurun http://mystartup.az/apply.
    Facebook: https://www.facebook.com/mycompanymystartup
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər