main-post-cover

    Naqilsiz klaviatura və maus işlədənlər təhlükədədir.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Teknologiyanın inkişaf etməsi ilə birlikdə kabelləri də həyatımızdan çıxarırıq. Amma naqilsiz siqnallar lazımi təhlükəsizlik tədbirləri görülməsə böyük təhlükələr yarada bilər.

    Bastille tərəfindən yeni tapılan bir təhlükəsizlik boşluğu, "Amazon, Dell, Gigabyte, HP, Lenovo, Logitech ve Microsoft” markalı naqilsiz klaviatura və mausların uzaqdan hack’lanmasına səbəb olur. 2.4 Ghz naqilsiz bağlantı ilə Nordic Semiconductor çipseti istifadə edən cihazlardan yaranan risk, deyilənlərə görə 100 metrlik bir sahəni əhatə edir və bu sahədə cihazları hack'layan şəxslər öz pis əməlləri üçün sizin kompyuterinizi rahatlıqla idarə edə bilirlər. Giriş sonrası kompyuterinizi uzaqdan idarə edən bilən bu şəxslər müxtəlif zərərli proqramlar da yükləyə bilirlər.
     
    Bu problemin həlli üçün Logitech’dən tez bir zamanda update gəlsə də, digər firmalar hələki səssiz qalmağa davam edirlər. Bu da böyük bir riskin hələ də mövcud olması deməkdir. Hack prosesinin xüsusi antenalar ilə daha böyük əraziləri də əhatə dairəsini ala biləcəyi də iddia olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər