“Nar”, ADA Universitetinin təşkil etdiyi karyera sərgisində yeni vakansiyalar təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Nar" gənclərin işlə təmin edilməsinə yönəlmiş təşəbbüsləri
dəstəkləməyə davam edir. Belə ki, mobil operator 2 mart 2017-ci il tarixdə ADA Universiteti tərəfindən bu təhsil müəssisəsinin
kampusunda təşkil edilmiş 5-ci karyera sərgisində iştirak edib. Universitetin istedadlı, məqsədyönlü və çalışqan tələbələrinin
iştirakı ilə keçirilən sərgidə biznesin təşkili və idarə edilməsi, ictimai
siyasət və idarəetmə, beynəlxalq münasibətlər və diplomatiya, informasiya
texnologiyaları və kompüter mühəndisliyi, kompüter elmləri və sistem mühəndisliyi
və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
ADA Universiteti tələbələrinin işgüzar mühitə
inteqrasiyasına dəstək məqsədilə təşkil edilmiş karyera sərgisində iştirak edən
"Nar” bununla illər ərzində uğurlu əməkdaşlıq
etdiyi ADA Universiteti ilə olan tərəfdaşlıq münasibətlərinə daha bir töhfə
verib.
"Nar” gənc kadrlara 5 iş vakansiyası təqdim edib. Brend
və reklam işi üzrə mütəxəssis, kommersiya üzrə analitik, rəqəmsal marketinq üzrə
mütəxəssis, media satınalması üzrə mütəxəssis və müştəri xidmətləri üzrə nümayəndə
kimi vakant iş yerlərini təqdim edən mobil operator gənclərin işə cəlb edilməsi
istiqamətində daha bir addım atıb.
Tədbirdəki "Nar” stendi gənclərin böyük marağına səbəb
olub. Təqdimat zamanı onlara iş vakansiyaları barədə daha ətraflı məlumat
verilib, mobil operatorun nümayəndəsi gəncləri maraqlandıran suallara cavab
verib, müvafiq prosedur əsasında maarifləndirici söhbət aparılıb. Namizədlər öz
tərcümeyi-hallarını "Nar” nümayəndəsinə təqdim ediblər. "Nar” operatorunda
karyera fürsəti ilə maraqlanmış ən uğurlu namizədlər müsahibəyə dəvət olunaraq
mobil operatorda qeyd edilən vakansiyalar üzrə işlə təmin edilmək imkanı
qazanacaqlar.
"Nar” vakansiyaları haqqında daha ətraflı məlumatınar.az internet səhifəsindən öyrənmək olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!