Nar Mobile, CityNet provayderini aldı.(RƏSMİ)

Nar Mobile, CityNet provayderini aldı.(RƏSMİ)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Musavat.com xəbər verir ki, provayderin yeni sahibi "Nar” mobil operatorudur. 

Provayderin satın alındığını mobil operatorun özü rəsmən təsdiqləyib. Şirkətin yaydığı məlumata görə, "Nar”ın çoxfunksiyalı rabitə strategiyası, ev və biznes üçün yüksək sürətli və keyfiyyətli sabit internet xidmətlərindən rəqabətədavamlı qiymətlərlə təqdim edilməsini nəzərdə tutan uzunmüddətli proqramdır.
 
Hazırda "CityNet” Abşeron ərazisində FTTx (fiber optik) və ADSL (Assimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyaları əsasında yüksəksürətli internet və IPTV xidmətlərini təklif edir. 

Öz növbəsində, "Uninet” şirkətinin ("CityNet” ticarət nişanı) icraçı direktoru Rasim Kərimov bu yeniliyi çox mühüm addım adlandırıb: "Müştərilərimiz üçün yeni imkanlar yaradırıq. Biz öz xidmətlərimizi genişləndirərək, müştərilərimizi yeni məhsullar və xidmətlərlə sevindirəcəyik”, – deyə o bildirib.
 
Bundan sonra şirkət "Nar-CityNet” adlanacaq. 

Xatırladaq ki, Citynet\'in direktoru Beytulla Hüseynov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə təqsirli bilinir. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.

Mənbə: musavat.com


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×