“Nar” sərfəli rominq kampaniyasını təqdim edir
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Şərq” kampaniyası daxilində təqdim olunan rominq
paketlərindən yararlanmaqla "Nar” abunəçiləri Birləşmiş Ərəb Əmirliklərində
olduqları zaman davamlı ünsiyyətdə qalmaq və rominq xərcləri barədə düşünməmək
imkanı əldə edirlər.
"Şərq-5” paketinə həm gələn zənglər üçün 5 dəqiqə,
həm də çıxan zənglər üçün 5 dəqiqə və 500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş günündən etibarən 3 gündür. Gələn/çıxan
dəqiqələr və internet trafik paketin istifadə müddəti başa çatmamış bitərsə,
hesablamanın aparılma qaydası belədir: çıxan zənglərin dəqiqəsi – 1,50 AZN, gələn
zənglərin dəqiqəsi – 0,25 AZN, 1 MB internet trafikin qiyməti – 1,50 AZN.
"Şərq-15” paketinə həm gələn zənglər üçün 15 dəqiqə,
həm də çıxan zənglər üçün 15 dəqiqə və 1500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş günündən etibarən 30 gündür. Gələn/çıxan
dəqiqələr və internet trafik paketin istifadə müddəti başa çatmamış bitərsə,
hesablamanın aparılma qaydası belədir: çıxan zənglərin dəqiqəsi – 1,50 AZN, gələn
zənglərin dəqiqəsi – 0,25 AZN, 1 MB internet trafikin qiyməti – 1,50 AZN.
"Şərq”
paketlərindən birini hələ Azərbaycanda ikən və ya Birləşmiş Ərəb Əmirliklərinə
çatmamışdan öncə də sifariş etmək mümkündür. "Şərq-5” paketinə qoşulmaq üçün +105yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#105#YESkodunu yığmaq, "Şərq-15” paketinin sifarişi üçün isə +115 yazıb 777 qısa nömrəsinə
SMS göndərmək və ya telefonun ekranında *777#115#YES kodunu yığmaq kifayətdir.
Qeyd
edək ki, abunəçilər rominqdə bir ilk olan bu sərfəli paketdən istədikləri sayda
sifariş edə bilərlər. Bu zaman dəqiqə və internet trafikin istifadəsinin öncəliyi
sifariş tarixinə əsasən verilir. Təklifdən "DU” mobil operatorunun şəbəkəsinə
qoşulan öncədən və sonradan ödənişli bütün "Nar” abunəçiləri yararlana bilərlər.
"Nar”
rominq xidməti barədə daha əraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək
olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)