“Nar” yüksəksürətli 3G və 4G şəbəkəsini genişləndirməyə davam edir
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Nar” abunəçilərin rahat və kəsintisiz rabitə və
internet xidmətlərindən yararlanması məqsədilə yeni baza stansiyalarının ölkə ərazisində
quraşdırılması prosesini davam etdirir. Abunəçilərin artmaqda olan internetdən
istifadə tələblərinin qarşılanması üçün ölkə ərazisində 2272 sayda 3G və 614 ədəd 4G (LTE) baza stansiyası quraşdırılmışdır. Beləliklə, "Nar” 5916
ədəd baza stansiyası ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən
birini təqdim edir.
Bundan əlavə, "Nar” operatorunun gücləndirilmiş və
genişləndirilmiş 4G (LTE) şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə
artmaqda davam edir. Hazırda "Nar” LTE şəbəkəsindən faydalanmış istifadəçilərin
ümumi sayı 120 000-dən çoxdur.
"Nar” öz genişləndirilmiş şəbəkəsi ilə hər bir abunəçinin
tələblərinə uyğun olan müxtəlif tariflər və internet paketləri təklif edir.
Abunəçilər sərfəli qiymətlərlə daha çox
çeşidli mobil rabitə və internet xidmətlərindən istifadə edə bilirlər. Mobil
operator tamamilə yeni"3-ü 1-də aylıq” tarifini bir müddət öncə təqdim etmişdir. Bu tarifə qoşulan
istifadəçilər elə həmin andan etibarən ölkədaxili bütün istiqamətlərə 300 dəqiqə,
300 SMS və 900 MB internet trafiki əldə edirlər.
"3-ü 1-də aylıq” tarifi və mobil operatorun internet
paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək
olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)