
NASA 13 kosmik layihəni dəstəkləyib
Digər
07.05.2017
Farid Pardashunas
Təqdim edilmiş layihələr arasında ən qeyri-adiləri asteroidlərin
kosmik gəmilərə çevrilməsi və 2D ölçülü kosmik aparatların hazırlanması olub.
Asteroidin kosmik aparata çevrilməsini reallaşdırmaq üçün NASA mühəndisləri
asteroidin səthinə xüsusi robot göndərməklə nail olmaq istəyirlər. Beləliklə həmin
robot asteroidin səthində bütün lazımi işləri görə biləcək. Çox incə 2D ölçülü
kosmik aparatlar isə 3D ölçülü kosmik obyektlərə yaxınlaşıb onların ətrafında
fırlanaraq kosmosda qala-qala lazımi məlumatları əldə etmək bacarığına sahib
olmalıdırlar. Digər layihələr arasına Venera üçün nəzərdə tutulmuş kosmik
aparat, buz örtüklü peyklərin öyrənilməsi üçün nəzərdə tutulmuş və enmə
xüsusiyyətinə sahib kosmik aparat, elektrostatik kosmik aparat, ekstremal şəraitli
ətraf mühit üçün robot, Pluton üçün enmə aparatı və s. daxildir. Sadalanan bu
layihələrin reallaşdırılması NASA-nın Qabaqcıl Konsepsiyalar İnstitutu tərəfindən
aparılacaq. Müsabiqənin ilk mərhələsində hər bir komanda 100.000 dollar vəsait
alıb. İkinci mərhələdə isə hər bir komanda sahib olduğu layihənin
texno-iqtisadi məntiqini başa salmalıdır. Həmin mərhələdən sonra isə ən
perspektivli layihələrin sahibləri olan komandalar 500.000 dollar vəsait əldə
edəcəklər.
Linki kopyala
Həftənin xəbərləri

