main-post-cover

    NASA Antraktidada buzlaşma müşahidə etdi, qlobal istiləşmə bitdi?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    NASA-nın yeni araşdırması Antraktidada buz əriməsindən daha çox buzlaşmanın olduğunu ortaya çıxartdı.”Glaciology on Friday” jurnalında nəşr olunan məqaləyə istinadən, peykdən alınan məlumatlar Antraktidanın 1992-2001-ci illər arasında hər ilə 112 milyard ton buz kütləsi qazandığını göstərib. Bu rəqəm 2003-2008-ci illərdə 82 milyarda enib. İqlimçi alimlər isə bildiriblər ki, bütün bunlar hələ qlobal istiləşmənin bitdiyini iddia etməyə imkan vermir. Qlobal istiləşmə nəticəsində buzlar əriyir ancaq rəqəmlər onu göstərir ki, ərimənin sürətinin buzlaşmanın sürətinə çatmasına bir neçə onilllik lazımdır. Verilən xəbərə görə, digər tətqiqatçılar da şərqi Antraktidada buzlaşma müşahidə ediblər. Lakin bu qaryağmanın intensivliyi ilə əlaqədardır. NASA bu iddia ilə razılaşır, çünki 10,000 il əvvəl, sonuncu buz dövründə də oxşar hadisələr baş vermişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər