main-post-cover

    NASA-dan şok xəbər. Həyatın var olduğu 3 potensial ekzoplanet aşkar edilib (VİDEO)

    07.05.2017
    Farid Pardashunas

    NASA-nın dünənki növbədən kənar konfransında möhtəşəm xəbər elan olunub.

    Belə ki, alimlər, 7 ekzoplanetdən ibarət olan yeni sistemi aşkar ediblər. Həmin 7 planetdən 3-ü, həyatın varolması üçün potensial namizəddir. "Spitzer” teleskopu, Yer kürəsindən 39 işıq ili uzaqlığında yerləşən Trappist-1 sistemini incələyib. Qırmızı cırtdan ulduz ətrafında fırlanan 3 planet hələ 1 il bundan öncə aşkar edilmişdi. Lakin indi məlum olub ki, həmin sistemdə planetlərin sayı 3-dən çoxdur. Beləliklə ulduz ətrafında 7 planet fırlanır. Onlardan 3-ü, həyatın yaranması üçün əlverişli münbit şəraitdə yerləşir. Bu isə o deməkdir ki, sözügedən planetlərdə su, oksigen və həyatın yaranması üçün digər elementlər də ola bilər. Bununla belə NASA istisna etmir ki, maye halda su hər bir planetdə ola bilər. Lakin həmin 3 planetdə suyun olma ehtimalı daha yüksəkdir. Trappist-1 ulduzu bir qədər balacadır. Onun səthindəki temperatur da çox yüksək deyil. Fotolardan da göründüyü kimi Trappist-1 sisteminin planetləri bir-birilərinə yaxın məsafədə yerləşirlər. "Biz "Kainatda yalnızmıyıq?” sualına cavab tapmaqda bir addım da yaxınlaşdıq. Və biz çox şadıq ki, bu cavabın əldə olunmasına getdikcə daha çox yaxınlaşırıq” – deyə NASA təmsilçiləri qeyd ediblər. Qeyd etmək lazımdır ki, bu ilk haldır ki, bir sistemdə Yer kürəsinə bənzəyən bir neçə planet aşkar edilib və onların hamısı ulduza yaxın məsafədə yerləşirlər.
     
     
    Ola bilər planetlər öz ulduzu ətrafında fırlanmırlar. Bu isə o deməkdir ki, onlarda ilin fəsillərinin dəyişilməsi anlayışı yoxdur. Buna görə də onlarda ola biləcək həyat şəraiti, Yer kürəsindəkindən tamamilə fərqlənə blər. Lakin bu fərqlənmə, həyatın varolmaması üçün yetəri dərəcədə pis deyil. Alimlər qeyd ediblər ki, onlar Trappist-1 sistemindən heç bir siqnal qəbul etməyiblər. Beləliklə həmin sistemdə şüurlu həyat formasının olması haqqında danışmaq hələ tezdir. Buna baxmayaraq Trappist-1 sistemi, müşahidələr üçün tamamilə əlverişlidir və bütün dünyadan olan astronomlar həmin sistemi incələyəcəklər. Bununla yanaşı NASA həmdə onu da qeyd edib ki, həmin sistemə yollanmağa və orada həyatın olub-olmamasını yoxlamağa imkan verəcək kosmik gəmini yaratmaq hələki mümkün deyil. Buna baxmayaraq 10 il bundan öncə, 40 işıq ili uzaqlığında yerləşən obyektləri müşahidə etməyə qadir "Spitzer” teleskopunun nə vaxtsa real olacağına heç kim inanmırdı. Beləliklə texnoloji təkamülün olmasına az qaldığını nəzərə alaraq bəlkədə biz, sözügedən sistemdə həyatın olub-olmaması sualına cavab tapa biləcəyik. Yaxın gələcəkdə isə alimlər, JWST kosmik teleskopunun infraqırmızı cihazlarından istifadə edəcəklər. Bunun sayəsində onlar, aşkar edilmiş planetlərin aymosferlərini, oksigen, ozon və digər qazların miqdarını öyrənəcəklər.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər