main-post-cover

    NASA-dan xoş xəbər var: Juno artıq Yupiterə çatır.

    Digər
    07.05.2017
    Farid Pardashunas

    NASA-nın 5 il əvvəl kosmosa göndərdiyi kosmik gəmi artıq Yupiter-ə çatmaq üzərədir.


    NASA-nın təxminən basketbol meydançısı ölçüsündə olan kosmik gəmisi 5 il əvvəl dünyadan Yupiter-ə çatmaq üçün yola düşmüşdü. Son olaraq gələn xəbərlərdə Juno adı verilən bu kosmik gəmi artıq Yupiter-in orbitinə yaxınlaşıb. Juno, Yupiter-in 4500 km məsafəliyinə yaxınlaşaraq gözləmədədir. Bundan əvvəl Yupiter-ə yaxınlaşan digər bir gəmi 1974-ci ildə Pioneer 11 adlı komik gəmi idi. Həmin kosmik aparat Yupiterin 43.000 km məsafəsinə yaxınlaşmağı bacarmışdı. NASA-dan verilən açıqlamada isə 4 iyul tarixində Juno, Yupiter-in orbitinə daxil olacaq. Mütəxəssislər Juno-ya problem yaradacaq ən böyük amilin, öz oxu ətrafında cəmi 10 saata dövrə vuran Yupiter-in ətrafında olan metalik hidrogen təbəqəsinin yüksək qüvvətli bir maqnit sahə yaratması olduğunu bildirilər. Bu səbəblə Juno kosmik gəmisi 800 qat dayanıqlı elektronik sistemlərlə əhatələnib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər