NASA-dan yeni ideya

NASA-dan yeni ideya

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Amerikalı konstruktorların fikrincə vertolyotun köməyi ilə yeni robot Mars qumluqlarında problem yaşamayacaq. NASA mütəxəssisləri Mars-a göndərəcəkləri yeni robotu kiçik vertolyot ilə təchiz etmək fikrindədirlər. Bu vertolyot kosmik kəşfiyyatçı rolunu oynayaraq robota Mars səthinin ən təhlükəsiz və optimal yollarını göstərəcək. Bu plan haqqında Kaliforniya ştatının Pasadena şəhərində yerləşən reaktiv hərəkətlər laboratoriyasının direktoru Charles Elachi danışıb.
"Bu ideya hələ təsdiqlənməyib. lakin biz artıq pilotsuz uçan aparat üzərində çalışırıq. Həmin aparat robotun üzərində uçaraq qarşıda olan yolu müşahidə edəcək. Daha sonra o yolun nə dərəcədə uyğun olması haqqında məlumatı robota göndərəcək. Bu üsul vasitəsi ilə robot daha effektiv və təhlükəsiz hərəkət edəcək"- deyə Charles Elachi bildirib. 2009-cu ildə NASA tərəfindən Mars-a göndərilmiş Spirit robotu planetin mürəkkəb səthi ilə problem yaşayaraq qeyri-fəal robotlar siyahısına daxil edilmişdir. NASA konstruktorları ümid edirlər ki, pilotsuz uçuş aparatının olması gələcək missiya zamanı problemlərin yaranmasının qarşısını alacaq. Reaktiv hərəkətlər laboratoriyasının mütəxəssislərinin fikrincə həmin vertolyot günəş batareyalarının köməyi ilə enerji yığaraq gün ərzində 2-3 dəqiqə havada uça biləcək. Elachi-nin sözlərinə görə çəkisi 1 kq olacaq aparat gələn ilin mart ayına kimi artıq hazırlanacaq. "Biz aparatın sınaqlarını Mars şərtlərinə bənzər şərtlərin yaradılacağı xüsusi yerdə keçirdəcəyik. Artıq bir sıra sınaqlar keçirilib və biz əminik ki, aparat uçacaq" - deyə elmi mərkəzin direktoru bildirib. NASA 2020-ci ildə Mars-a göndərəcəyi yeni robotun tərkibində həmin vertolyotun ola biləcəyini də inkar etmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Barmaq izinin köməyi ilə insan cinsini necə müəyyən etmək olar

Bizim barmaq izlərimiz çox unikaldır. Lakin məlumat bazasında lazım olan məlumatlar olmadıqda barmaq..


Yosunlardan alınmış enerji ilə mobil telefonları təmin etmək olacaq

Kanadalı alimlər yaşıl yosunlardan enerji əldə edə bilən texnologiya yaradıblar. Həmin enerjinin eff..


NASA tərəfindən yaradılmış 10 qəribə skafandr

Bioskafandr. Hal-hazırda NASA-nın zamdirektoru vəzifəsində çalışan professor Dava Newman-ın ixtirası..


Alimin beyni adi insan beynindən nə ilə fərqlənir?

Lübek universitetinin (Almaniya) mütəxəssislərinin maraqlı müşahidələri zamanı bəlli olub ki, alim..


Kiborq bitkilər artıq reallıqdır

\"Yaşıl enerji\" konsepsiyası artıq reallığa çevrilir. Alimlər bildiriblər ki, onlar qızı..


Asteroid qırıntıları türk vətəndaşlarını varlı edib

Türkiyə ərazisinə düşmüş asteroid qırıntıları yerli vətəndaşları varlı edib. Həmin qırınt..

×