main-post-cover

    NASA kosmonavt vakansiyası elan edir! Aylıq maaş 5.500-12.000 dollar.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    NASA gələcəkdə kosmosa göndərmək üçün astronomlara qapısını açır.
    İndiyə qədər hər kəsinin beynində gizlədiyi bir xeyalı var- Kosmosa səyahət etmək və astronom olmaq. NASA dünən sosial media hesabından yeni astronomlar üçün qapılarının açıq olduğunu elan etdi. Yəni, astronom olmaq üçün NASA-ya müraciət edə bilərsiniz. Lakin bu iş, düşündüyünüz qədər sadə deyil. NASA-nın qoyduğu şərtlərə əsaslanaraq deyə bilərik ki, Amerika vətandaşına daha üstünlük verilir. Ancaq məyyus olmağa dəyməz əgər siz bacarıqlısınızsa və astronom olmağı qarşınıza məqsəd qoymusunuzsa bu şansdan istifadə etməyə dəyər. Çünki, digər ölkələrin vətəndaşları üçün də şans böyükdür. Bundan əlavə NASA əsasən bioloji və fizioloji elm sahələrinin mütəxəssisləri, Astronomiyatexniki mühəndislik peşələrinin sahiblərinə şans verməyi planlaşdırır. İllik maaş olaraq isə 66 min və 145 min dollar aralığında əmək haqqı ala bilərsiniz. Müraciətlərdən sonra seçilmiş insanlar arasında mütəxlif növ testlər keçiriləcək. Ən önəmli məqamlardan biri də müraciət edən şəxslərin görmə qabiliyyətinin tam olmasıdır. Eynəkli və eynəksiz şəraitdə tam görmə qabiliyyəti olan insanlara üstünlük verilir. Nəhayət bütün testləri keçən 15 nəfər astronom olmaq şansını qazanacaq və kosmosa müxtəlif araşdırmalar aparmaq üçün göndəriləcək.
    Buradan NASA-ya müraciət edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər