main-post-cover

    NASA Mars`a göndərəcəyi yeni aparatını təqdim etdi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    ABŞ`ın kosmos barədə beynəlxalq təşkilatı olan NASA, bu saatlarda "Qırmızı Planet” Mars'a göndərəcəyi bir sonrakı kosmik aparatını təqdim etdi.

     
    NASA'nın Mars Elm Laboratoriyası missiyasının bir parçası olaraq Mars'ın Gale kraterində kəşflər edən avtomobil böyüklüyündə olan robotu Curiosity'dən fərqli olaraq yaradılan bu aparat, hər şey plan daxilində gedərsə, 2020-ci ildə Mars`a doğru yola çıxacaq və 2021-ci ildə Mars`a enəcək. Bu tarixdən sonra Curiosity'nin yerini alması gözlənilən Mars 2020 adlı aparat, bütünlüklə kompyuter şəraitində dizayn edilib istehsal olunub. 6 təkər üzərində oturdulan gövdədə bir çox sensor, kamera, radar sistemi quraşdırılan aparatın əsas məqsədi Mars`da sirri açılmayan əraziləri də kəşf etməkdir. Bununla da Mars planeti NASA`nın Mars 2020`si ilə daha detallı şəkildə öyrəniləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər