main-post-cover

    NASA, Marsdan sonra insanların yaşayacağı ikinci kosmik obyekti təyin ediblər

    07.05.2017
    Farid Pardashunas

    NASA planetoloqu Amanda Handrix Marsdan sonra insanlıq üçün ikinci ev ola biləcək kosmik obyektin adını açıqlayıb.

    Bu kosmik obyekt, Saturnun peyklərindən biri olan Titandır. "Marsdan sonra insanlar üçün potensial ev, Yupiter və Saturnun peykləri ola bilər. Onların arasında çox variantlar var. Lakin qalib məlumdur. Titan, Yer kürəsinə bənzəyən yeganə kosmik obyektdir” – deyə alimlər qeyd ediblər. Bundan əlavə olaraq Titan, Yer kürəsindən başqa yeganə kosmik obyektdir ki, su olmasa belə maye halında karbohidrogen göllərindən ibarətdir. Marsdan fərqli olaraq Titan, 95%-i azotdan təşkil olunmuş sıx atmosferə sahibdir. Saturnun maqnit sahəsi isə Titanın səthini kosmik radiasiyadan qoruyur.
    Peykin atmosfer təzyiqi Yer kürəsindən 1.5 dəfə çoxdur. Bu isə daha rahat və yüngül skafandrların hazırlanması üçün əla fürsətdir. Beləliklə ilk koloniyaçılar özlərini Titanda daha komfort hiss edəcəklər. Karbohidrogenin və peykin dərinliklərində buz halda suyun olması raket yanacağını təmin edəcək. Titanda yaşayış evlərinin inşasında istifadə ediləcək material kimi Handrix, plastiki münasib görür. Peykin koloniyalaşdırılması yolunda problem kimi, alimlər -180 dərəcə temperaturu və Yer kürəsindən olan uzaq məsafəni görürlər. Belə ki, müasir imkanlarla Yer kürəsindən Titana çatmaq üçün 7 il vaxt lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər