NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığını bu zamana qədər tez-tez eşidirdik. Lakin son günlərdə ortaya çıxan bu məlumatlar sizi bir qədər vahiməyə salacaq.

NASA-nın gizlətdiyi məlumatları öyrənmək istəyən Gary McKinnon adlı hacker 2001-ci ilin Fevral ayında və Mart 2002 tarixləri arasında NASA-nın məlumatlarını hack edib.

Yalnız NASA-nı hack etməklə qalmayıb ABŞ ordusunun onlarla kompüterinə, dəniz və hava qüvvələrinə və ABŞ Müdafiə Nazirliyi kompüterlərinə çox sayda hücumlar təşkil edib.


Etdiyi hücumlar nəticəsində o, ABŞ büdcəsinə ümumi 800 min dollar zərər verib.

Son illərdə, gizlilik mövzusunda həddindən artıq həssaslıq göstərən böyük dövlətlər və onların içlərində saysız gizli təşkilatın olduğunu düşünən sui-qəsd nəzəriyyəçiləri hack istintaqında çıxacaq məlumatları maraqla gözləyirdilər ki, istintaq zamanı ABŞ-dakı "məlumat əldə etmə azadlığı aktı” ilə ortaya çıxan məlumatlar xalqa təqdim edildi.

Diqqət çəkən nöqtələrin başında isə, bir çox köhnə astronavtın yadplanetlilər haqqında etmiş olduqları maraqlı şərhlər sənədlərin bir parçasını meydana gətirirdi.

Məsələn: "Bəzi mühəndislik məhsulları və yüksək səviyyə təchizatlar son 60 ildə inanılmaz şəkildə inkişaf etdi . Bu bəlkə də görünən ziyarətçilərin dəstəyi ilə olub”.


Bu sözləri deyən astronavt, Aya ayaq basan 6-cı insan ünvanına sahib olan Dr.Edgar Mitchell-dan başqası deyildi.

Təqaüdçü senator Daniel K. Inoue isə bunları söyləyir: "Öz hava qüvvələri, öz donanması, öz dəstək toplama mexanizmi və bütün qanun və tarazlığlardan təmizlənmiş öz maraqlarını təqib etmə bacarığına sahib kölgəli bir hökumət var və qanunları onlar təyin edir.”

Kanada keçmiş müdafiə naziri Paul Hellyer-in şərhləri də hadisələrə daxil olduqca vəziyyət daha da qarışıq hal alır: "İllər əvvəl, digər planetlərdən gələn ziyarətçilər, bizi bəzi mövzularda xəbərdar edib kömək təklif etdilər. Lakin biz, ən azından bəzilərimiz, etdikləri ziyarətləri bir təhdid olaraq gördük və əvvəlcə onlara zərər verdik. Sonra xəbərdarlıqları haqqında suallar soruşmağa başladıq. Hökumətin gizli saxladığı layihələrə milyardlarla dollar pul xərclənib.”


NASA hücumlarını həyata keçirən Gary Mc KINNON etmiş olduğu bir tv açıqlamasında ​​və bir neçə jurnala verdiyi müsahibədə bunları söylədi: "Amerikanın kosmos döyüşləri üçün tam funksional orduya sahib olduğunu ortaya çıxaran məlumatlar tapıldı. Qapını bağlayacaqlar qorxusu ilə sənədləri gözdən keçirməyə aylarla davam etdim.”

Və nəhayət "Quru qoşunları olmayan əsgərləri" adında bir Excel cədvəli tapdım. Fərqli sıralar və adlar var idi. Gəmi siyahıları arasında "vəsait nəqli” nişanları var idi. Adları U.S.S. ilə başlayan kosmosda istifadəyə əlverişli gəmilər var idi.

 

Technote.az olaraq xəbərin doğru olub-olmadığını iddia edə bilmərik amma yuxarıda qeyd edilənlərə inanmadığımızı, bu kimi məlumatların adətən ortaya çıxarılmadığını və ya çıxarmağa icazə verilmədiyini qeyd etmək istəyirik. 

Mənbə: Teknokulis

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..


Alimlər, Mars ilə Yer kürəsinin toqquşacağı vaxtı təyin ediblər

Viskonsin Universitetindən olan amerikalı alim geofizik Stephen Meyers, Mars ilə Yer kürəsinin toqq..

×