NASA Kepler adlı, NASA-nın rəsmi səhisədi hack edildi və hesabdan çılpaq qız şəkilləri paylaşıldı.
Facebook-un qurucusu Mark Zuckerberg, Google CEO-su Sundar Pichai və Oculus CEO-su Brendan Iribe-in hesablarının hack edilməsindən sonra hacker-lərin növbəti hədəfi NASA-nın twitter hesabı oldu. Hacker-lər yarım milyon izləyicisi olan bu səhifəni hack edərək, rəsmi səhifədən çılpaq qız şəkili paylaşıblar. Əslində isə NASA bu səhifəsindən Kepler teleskopundan çəkilən şəkilləri paylaşır. Yaşanan hadisə onu göstərir ki, bu dəfə Keplerin obyektivi +18 şəkillər çəkib. Çılpaq qız şəkillərindən əlavə hacker-lər bu səhifə vasitəsilə viruslu linklər də paylaşmağı gözardı etməyiblər. Qısa zaman ərzində hesabı bərpa etməyə müvəffəq olan NASA üzvləri işlərinin başına qayıddıqları və yenə maraqlı şəkillər paylaşacaqları barədə də açıqlama veriblər.
Şərh yoxdur