main-post-cover

    NASA, Pluto-nun ən dəqiq şəkillərini əldə etdi. (VİDEO)

    Digər
    07.05.2017
    Farid Pardashunas
     

    Kosmik araşdırmalar mərkəzi Pluto-nun ən dəqiq görüntülərini ictimaətlə paylaşıb.

    Dünyanın ən böyük kosmik araşdırma mərkəzi olan NASA, keçən il New Horizons kosmik gəmisindən gələn Plutonun ilk dəqiq görüntülərini bütün dünya ilə paylaşmışdı. Gözləniləndən böyük ölçülərə sahib olan "ürəkli bala planet" adını daşıyan Plutonun üzərində buz hissəciklərinin olması elm adamlarının diqqətini cəlb edir. Son olaraq NASA kosmik aparatdan gələn ən dəqiq görüntüləri əldə edib. Bu görüntülər elm adamlarının araşdırmalarını daha da asanlaşdırır. Sahib olduğu LORRI (Long Range Reconnaissance Imager) kamerası ilə New Horizons gəmisi Pluto planetinin 90km və 75km genişliyə sahib səthi şəkillər çəkməyi bacarıb. Şəkillərə nəzər saldıqda bütün cizgilər aydın görünür.


     
    Linki kopyala
    © 2015-2023 Technote MMC