

NASA Dünya’ya 290 milyon işıq ili uzaqlıqdakı qalaktikada olan qara dəliyin bir ulduzu parçalama anına aid video paylaşdı.
Chandra X-Ray Rəsədxanası, Swift Gamma-ray Burst Explorer və XMM-Newton teleskopları yaşanan bu hadisənin kosmos boşluğuna yayılan bu şüaları təsbit edə bildilər.
NASA’nın apardığı bu araşdırma nəticəsində kəşf edilən bu hadisə ilə bağlı danışan Michigan Universitetindən Jon Miller qara dəliyə yaxınlaşan bir ulduza nələr ola biləcəyinə dair ən dəqiq müşahidələrdən birini apardıqlarını söylədi.Ulduzun yox olmasından sonra qara dəliyin içinə çəkilən ulduz qalıqları milyon qat istiyə məruz qaldığı üçün böyük miqdarda X-ray şüaları yaradır.
NASA’nın əldə etdiyi yeni məlumatlarda qara dəliyin kütləsi böyük olan ulduzu udmaq üçün çox sürətli davrana bilmədiyi və ulduzun parçalarının qara dəlikdən çölə çıxdığı müəyyən olundu. Ulduz parçalarının qara dəliyin təxmin olunan sabit ətrafında ya da yaxınında olduğu düşünülür.
.jpg)
Bundan başqa qara dəlikdən uzaqlaşan bir küləyin yarandığı, amma qara dəliyin yüksək çəkim gücünə görə oradan daha çox uzaqlaşa bilmədiyi ortaya çıxdı.
Şərh yoxdur