NASA, Yer kürəsinin orbitini əhatə edəcək maraqlı layihəyə start verdi
07.05.2017
Farid Pardashunas
NASA Yer kürəsinin orbitinə yeni kosmik stansiya göndərəcək.
Adətən Yer kürəsinin orbitindəki
kosmik aparatların yanacaq hasil etmələri və onlarda texniki nasazlıqlar aşkar
edildikdə onlar sadəcə olaraq lazım olmayan dəmir parçasına çevrilirlər. Beləliklə
onlar Yer kürəsinin orbitində lazımsız bir əşya kimi duraraq digər kosmik
aparatlara təhlükə yarada bilərlər. Lakin yaxın zamanda hər şey dəyişəcək. Belə
ki, NASA, orbital stansiyaların texniki xidmətlərini, Restore-L adlı süni peykə
təhvil verəcək. Həmin süni peyk isə öz növbəsində orbital stansiyaları
yanacaqla təmin edə və onların texniki nasazlıqlarını aradan qaldıra biləcək.
"Technote.az”ın "NASA”a istinadən
verdiyi xəbərə əsasən buna görə NASA, ABŞ-ın "Space Systems/Loral” şirkəti ilə
127 milyon dollarlıq müqavilə imzalayıb. Məhz bu şirkət Restore-L peykinin
hazırlanması ilə məşğul olacaq. Kosmik aparatın özü naviqasiya sistemi və
robotlaşdırılmış manipulyatorlar ilə təmin olunacaq. Restore-L, süni peykləri
sözün əsl mənasında tuta biləcək və onların servis xidmətindən sonra əvvəlki
yerlərinə yerləşdirə biləcək. Sistemin ilk testi 2020-ci ildə keçiriləcək. Belə
ki, həmin test zamanı robot, orbitdəki digər kosmik aparatı yanacaq ilə təmin
etməli olacaq. Bundan əlavə olaraq texniki servis proqramı, süni peyklərin iş
müddətini artıracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)