NASA, Yer kürəsinin orbitini əhatə edəcək maraqlı layihəyə start verdi

NASA, Yer kürəsinin orbitini əhatə edəcək maraqlı layihəyə start verdi

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

NASA Yer kürəsinin orbitinə yeni kosmik stansiya göndərəcək.

Adətən Yer kürəsinin orbitindəki kosmik aparatların yanacaq hasil etmələri və onlarda texniki nasazlıqlar aşkar edildikdə onlar sadəcə olaraq lazım olmayan dəmir parçasına çevrilirlər. Beləliklə onlar Yer kürəsinin orbitində lazımsız bir əşya kimi duraraq digər kosmik aparatlara təhlükə yarada bilərlər. Lakin yaxın zamanda hər şey dəyişəcək. Belə ki, NASA, orbital stansiyaların texniki xidmətlərini, Restore-L adlı süni peykə təhvil verəcək. Həmin süni peyk isə öz növbəsində orbital stansiyaları yanacaqla təmin edə və onların texniki nasazlıqlarını aradan qaldıra biləcək.


"Technote.az”ın "NASA”a istinadən verdiyi xəbərə əsasən buna görə NASA, ABŞ-ın "Space Systems/Loral” şirkəti ilə 127 milyon dollarlıq müqavilə imzalayıb. Məhz bu şirkət Restore-L peykinin hazırlanması ilə məşğul olacaq. Kosmik aparatın özü naviqasiya sistemi və robotlaşdırılmış manipulyatorlar ilə təmin olunacaq. Restore-L, süni peykləri sözün əsl mənasında tuta biləcək və onların servis xidmətindən sonra əvvəlki yerlərinə yerləşdirə biləcək. Sistemin ilk testi 2020-ci ildə keçiriləcək. Belə ki, həmin test zamanı robot, orbitdəki digər kosmik aparatı yanacaq ilə təmin etməli olacaq. Bundan əlavə olaraq texniki servis proqramı, süni peyklərin iş müddətini artıracaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..

×