main-post-cover

    Naveen.az-ın qurucusundan "Öz Brendini Yarat" seminarı Blogstar təşkilatçılığı ilə həyata keçirildi

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Blogstar.az layihəsinin təşkil etdiyi seminarda Naveen brendinin qurucusu Nəzrin Ağarzayeva (navistyle_com), iştirakçılarla öz brendlərini necə formalaşdıra biləcəkləri barədə məsləhətlərini və fikirlərini bölüşdü. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində baş tutmuş  "Öz brendini yarat!" adlı seminarı "Blogstar.az" təşkil edəcəyi silsilə seminarlardan birincisi idi və uğurla tamamlandı. 
    Seminar zamanı: Biznes plan qurmaq, Büdcəni tənzimləmək, Azərbaycanda dəb bazarını necə araşdırmaq olar? Kolleksiya qurduqda nələrə diqqət etməli və s. başlıqlar haqqında Nəzrin xanım ilə iştirakçılar arasında maraqlı müzakirələrə yer verildi. Seminarda Nəzrin xanımla yanaşı məşhur Azərbaycanlı bloggerlərdən Aysel Hüseynova (visage_byays), Lalə Əhmədova (eh_laleh) və Aliyə Hümmətova (aliyarouge) da iştirak edirdi. Seminara aid bir neçə şəkli sizlərin diqqətinizə çatdırırıq. Blogstar.az-ın keçirəcəyi digər seminarlar haqqında "Blogstar.az" saytından məlumat ala bilərsiniz.







    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər