main-post-cover

    Nazilərin oğurladığı dünyanın 8-ci Möcüzəsi Amber otağı tapılmış ola bilər!

    07.05.2017
    Farid Pardashunas

    Nazilərin 1941-ci ildə Rus sarayından oğurladıqları və o vaxtlar dünyanın 8-ci möcüzəsi olaraq bilinən Amber Otağının Polşadakı Teuton Qalasının tunellərində ola biləcəyi deyilir.

    Polşanın Paslek qəsəbəsində keçən il edilən axtarışlarda, arxeoloqlar tərəfindən bir yeraltı tunelin izlərinə rast gəlinmişdi. Teuton Cəngavərləri Qalasında reallaşdırılmış qazıntılar əsasında yerin dörd metr aşağısında bir otaq tapdıqlarını deyən Kardinal Stefan Wyszynski Universitetindən Dr. Jacek Wysocki, tunelin yaxınlarda tapılan Qotik Müqəddəs Bartolomey Kilsəsinə qovuşduğunu düşündüklərini bildirdi.
     
    Bu kimi tunellərin turistlərin marağını çəkəbiləcəyi kimi əsas məqsədlərinin tapılmasının da vacib olduğunu vurğulayan Wysocki, əlavə olaraq tuneldə Rusiyanın itmiş Kəhrəba Otağının xəzinələrinin də tapıla bilinəcəyini dedi. Hadisə şahidlərinin ifadələrinə görə 1944-cü ilin Avqust ayında bir nəfər tərəfindən gecə gec saatlara qədər qalaya qutularla dolu bir yük maşınının daxil olduğu və ordan boş çıxdığı istiqamətdə iddialar da tapılır.

    Teuton Cəngavərləri kimdir?

    German-Romandini təriqəti olan Teuton Cəngavərləri, Katoliklərə din yolunda kömək etmək, xəstə və yaralı Katoliklərə qulluq etmək üzrə xəstəxana qurmaq məqsədi ilə qurulmuşdu. Adlarını isə Orta əsrlərdə Xaç Yürüşlərinə qatılaraq hərkəsə eşitdirmişdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər