Indiegogo-da 4 dəqiqəyə 75.000$ vəsait yığan yüksək performanslı planşet

Indiegogo-da 4 dəqiqəyə 75.000$ vəsait yığan yüksək performanslı planşet

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Finlandiyanın "Eve Tech” şirkəti hal-hazırda Eve V planşeti üzərində çalışır.

Məlumatlara əsasən bu planşet bazarda ən güclülərindən biri olacaq. Şirkət, layihəni Indiegogo platformasına yerləşdirəndən sonra lazım olan 75.000$ vəsaiti 4 dəqiqə ərzində yığıb. 24 saat ərzində layihə 600.000$ (hal-hazırda isə 785.000$-dan çox) vəsait toplayıb. 500 ədəd planşet olacaq start tirajı isə 3 dəqiqə ərzində ön sifariş edilib. Ön sifariş etmiş ilk şəxslər, planşeti 2017-ci ilin Fevral ayında əldə edə biləcəklər. Bəs bu layihəni bu qədər uğurlu edən nədir? Maraqlısı ondadır ki, istifadəçilərin diqqətini planşetin 1399$-lıq variantı çəkib. Bu variant Intel Core i7-7Y75 (Kaby Lake-Y seriyası) prosessoru, 16 GB RAM, 512 GB daxili yaddaş və 12.3 inç-lik ekran ilə təchiz olunub. Sizcə bu qiymət bahadır? Elə isə müqayisə üçün deyək ki, 512 GB daxili yaddaşa sahib Microsoft Surface Pro 4 2199$, Dell XPS 13 isə 1849$ qiymətinədir.Eve V planşeti bir dəfə şarj olunandan sonra 10-12 saat ərzində çalışa bilir. Ayrıca olaraq 39$-a V Pen stilusunu almaq və 50$-a Windows 10 Pro əməliyyat sistemini yazmaq olar.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×