
Nə üçün localhostun IP adresi hər zaman 127.0.0.1 göstərir?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Local host nədir? Niyə hər zaman IP adresi 127.0.0.1 olaraq göstərilir?
Əgər internetdən çox istifadə edirsinizsə,
onda tez-tez 127.0.0.1 sayısını tez-tez görürsünüz. Buna kompüter termini
olaraq "localhost” deyilir. Maraqlıdır ki, "localhost”un IP adresi 127.0.0.1-dir.
Bunun çox asan açıqlaması mövcuddur. Siz internetdən istifadə edərkən
kompüteriniz başqa kompüterlə əlaqə qurur. Kompüter, TCP/IP protokolu istifadə
edərək əlaqə saxlaması üçün "loopback” adlanan sosial bir şəbəkə xəritəsi əmələ
gətirir. Daxil olan bu ünvana yönləndirilir. Burda hər dəfə qarşınıza çıxan
127.0.0.1 rəqəmi də sizin kompüterinizi təmsil edir. Yəni, hər kəsin kompüteri
öz şəbəkəsində bu IP-yə sahibdir.

IP ünvanları daha rahat istifadə olunması
üçün A,B,C və bənzər siniflərə ayrılırlar. 127 rəqəmi A sinifi IP ünvanlarının nəticəsidir. Maraqlıdır niyə 127.0.0.0 deyil, məhz
127.0.0.1 istifadə olunur. 127.0.0.0 rəqəmi sizin şəbəkə nömrənizdir. Buna görə
də şəbəkə nömrəsindən sonra sizin kompüterinizə təyin olunmuş IP 127.0.0.1
olur.
Linki kopyala
Həftənin xəbərləri

