Ghost Games rəsmi olaraq bildirib ki, yeni Need for Speed oyununun PC versiyası gələn ilin yaz fəslində satışa çıxacaq. Bu qərarın əsas səbəbi kimi studiyanın daha artıq vaxta lazım olduğunu və oyunun texniki tərəfini daha da mükəmməlləşdirmək istəyi durur.
"Bizim PC auditoriyamızın əsas istəyi oyunun yüksək keyfiyyətli fps xüsusiyyətinə malik olmasıdır. Biz onların bu istəyi ilə tam razıyıq. Məhz buna görə studiya oyunun PC versiyasını 2016-cı ilin yaz fəslinə təxirə saldı. Bu vaxt ərzində biz oyunun vizual tərəfini daha keyfiyyətli edəcəyik. Bundan əlavə olaraq studiya PC versiyaya artıq konsollar üçün çıxacaq əlavə materialları daxil edəcək ki, həmin materiallar bütün PC oyunçuları üçün ilk gündən mövcud olsun" - deyə Ghost Games bildirib. Qeyd edək ki, yeni Need for Speed 5 noyabr tarixində PS4 və Xbox One üçün satışa çıxacaq.