Nəhəng axtarış şəbəkəsi "Baidu", Startaplara 3 Milyard dollar investisiya edəcək!
Digər
07.05.2017
Farid Pardashunas
Çinin nəhəng axtarış şəbəkəsi "Baidu”, internet startaplarına ümumi 20 milyard yuan (3 milyard dollar) investisiya etmək üçün nəhəng bir fond yaratdığını açıqladı. "Baidu”nun bu fonddan edəcəyi ilk investisiyaların orta və böyük ölçülərdəki startaplara getməsi gözlənilir.
Fonddan ediləcək investisiyaların təxminən 50 – 100 Milyon
dollar arasında olması gözlənilir. Qısaca "Baidu”, bu həcmdə bir fond ilə
onlarla gələcək vəd edən startapın investoru olmağı indidən qarantiyalayıb.
"Baidu”nun Çin bazarında "Tencent Holding” və "Alibaba
Group” kimi çox böyük rəqiblərinin olması və "Baidu” tərəfində inkişafın gözlə
görünən dərəcədə olmaması, şirkəti bu yola sövq edib kimi görünür. Çinin nəhəng
axtarış şəbəkəsi "Baidu”, xüsusilə geridə qaldığını düşündüyü, süni zəka,
artırılmış reallıq və virtual reallıq tərəfində bəzi yeniliklər edəcək.
"Baidu” bu ilin Sentyabr ayında "Baidu Venture”-ni
yaradıb və yeni startaplar üçün 200 milyon dollar fond ayırmışdı. "Baidu” bunun
üstündən çox keçmədən sadəcə yeni startaplara deyil, təcrübəli startapçılara da
marağını beləcə ayırdığı bu nəhəng investisiya ilə xatırlatmış oldu.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ