Nəqliyyat Nazirliyi ləğv edildi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirildi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bugün imzalanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncamı hərkəsin diqqət mərkəzindədir.
Technote.az-ın President.az-a istinadən verdiyi xəbərə əsasən, yeni yaradılacaq olan
nazirliyin rəhbəri olaraq isə Ramin Namiq oğlu Quluzadə təyin olunub. Ramin
Namiq oğlu Quluzadə 2016-cı ilin 15 Yanvar tarixindən bu günə qədər Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri olaraq fəaliyyət göstərirdi. Nəqliyyat Nazirliyinin ləğvi və bu nazirliyin
artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilərək fəaliyyət
göstərməsi barədə olan bu sərəncamın detalları isə aşağıdakılar kimidir:
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək,
onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar:
2.2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)