main-post-cover

    NES 30 yaşını qeyd edir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Nintendo’nun ən önəmli konsollarından biri olaraq göstərilən Nintendo Entertainment System 30-cu ilini geridə buraxdı. 18 oktyabr 1985-ci ildə satışa çıxarılan NES qısa zaman ərzində böyük uğur əldə etmişdi. NES’in əldə etdiyi bu uğur digər elektorina nəhənglərinin də diqqətini çəkmiş və bazar bir anda NES kopyaları ilə dolmuşdu. Günümüzdə belə hələ də müxtəlif elektronik mağazalarda görəcəyimiz və xalq arasında "dendi” olaraq adlandırdığımız cihazların hamısı əslində Nintendo’nun 1985-ci ildə satışa çıxardığı NES’in sadə kopyasıdır. Nintendo’nun istehsalını uzun müddət əvvəl sonlandırdığı NES, üzərindən keçən 30 ilə rəğmən hələ də öz populyarlığını qoruyur.Bəs 30 illik bir tarixə malik olan NES üçün yayımlanan ən yaxşı 10 oyun hansı idi? Qarşınızda NES üçün çıxmış ən yaxşı 10 oyun.
    10. Gradius
    Nintendo Entertainment System satışa çıxarıldıqdan təxminən 1 il sonra satışa satışa çıxarılan sunulduktan Gradius sadə kosmos oyunu idi. Konami tərəfindən yaradılan bu oyun qısa zaman ərzində NES’də ən çox oynanan oyunlar arasına girmişdi.
    15-10/19/gradius.png
     
    9.Castlevania 3: Dracula’s Curse
    Günümüzdə də mövcud olan Castlevania seriyası oyun dünyasındakı macərasına NES ilə başlamışdı.
    1990-ci ildə çıxan oyunun kopyaları hələ də satılır.

    15-10/19/castlevania-3-draculas-curse.gif
    8. R.C. Pro AM 
    Nintendo Entertainment System’de sidescroll oyunlar son dərəcə yaxşı performans sərgiləsə də, maşın tərzində 3D görüntü dəstəyinə ehtiyacı olan oyunlar sistemin yetərsizliyinə görə bir xeyli geri qalırdı. Rare tərəfindən 1988-ci ildə satışa çıxan R.C. Pro AM çarpaz duran kamera mövqeyi ilə oyunçuları məmnun edə bilmişdi.

    15-10/19/rc-pro-am.png
    7.Mega Man 2 
    Günümüzdə hələ də konsollarda olan Mega Man əfsanəsinin başlanğıc platforması da məhz Nintendo Entertainment System idi.

    15-10/19/mega-man-2.jpg
    6.Bionic Commando 
    1988-ci ildə Capcom tərəfindən yayımlanan Bionic Commando da NES’in ən yaxşı oyunlarından biri idi. İkinci Dünya müharibəsi sonrası hökm sürən Nazi təzyiqi üzərində formalaşan bir ssenariyə sahib olan oyun çox populyar idi.
     
    15-10/19/bionic-commando.jpg
    5.Super Mario Bros.
    Nintendo’nun ən əfsanəvi seriyası olaraq göstərilən və oyunların atası adlandıra biləcəyimiz Super Mario Bros. da oyun dünyasına ilk addımını NES üzərindən atmışdı. 1985-ci ildə NES’lə eyni zamanda yayımlanan oyun qısa zaman ərzində klassika halına gəlmişdi. Klassik şahzadəni qurtarma hekayəsi üzərində qurulan ssenari ilə oyun milyonları özünə cəlb etmişdi. Ölkəmizdə satılan cihazların üzərində verilən "99999999 in 1” yazan kasetlərin vazkeçilməz oyunlarından biriydi.
     
    15-10/19/super-mario-bros.jpg
    4.Tetris
    Nintendo’nun Game Boy seriyasının ən çox satılan oyunu ünvanını əlində saxlayan Tetris NES üzərində də böyük uğur qazanmışdı. Nintendo sonradan ad hüquqlarını Electronic Arts’a satmış olsa da, Nintendo tərəfindən 1989-cu ildə yaradılan Tetris, qısa zamanda NES’in ən önəmli oyunlarından birinə çevrilmişdi.
     
    15-10/19/tetris.jpg
    3.Final Fantasy 
    Oyun dünyasının bəlkə də ən həyəcanlı seriyası olan Final Fantasy’nin başlanğıc platforması da Nintendo Entertainment System idi. RPG oyunlarının atası sayıla biləcək olan Final Fantasy, Square tərəfindən yaradılmış və 1990-cı ildə satışa çıxarılmışdı.
     
    15-10/19/final-fantasy.jpg
    2.Blaster Master 
    Nintendo Entertainment System üçün yaradılan ən yaxşı action janrlı oyunlarından biri də Sunsoft imzasıyla 1988-ci ildə yayımlanan Blaster Master idi. Blaster Master, xüsusilə Avropa’da önəmli bir satış uğuru yaxalamış və qısa zamanda NES’in ən yaxşı oyunlarından biri halına gəlmişdi.
     
    15-10/19/blaster-master.jpg
    1.The Legend of Zelda 
    Nintendo’nun Mario ve Pokemon’la birlikdə ən önəmli markalarından biri olan The Legend of Zelda da oyun dünyasına ilk addımını Nintendo Entertainment System üzərindən atmışdı. RPG və action nümunələrini özünə xas üslubu ilə uyğunlaşdıran oyun NES sahiblərinə uzun müddətli bir oyun keyfi vəd edirdi.
     
    15-10/19/the-legend-of-zelda.jpg

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər