main-post-cover

    "NEXT STEP" aylıq 2000 AZN dəstək ilə, 5-ci dəfə ideya axtarışındadır.

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
     
    "Next Step" İnnovasiya Mərkəzi sayca 5-ci, ideyalara dəstək müsabiqəsini elan edir. Digər müsabiqələrdən fərqli olaraq bu dəfə mərkəz, ideya və startaplara verdiyi dəstəklərdə müəyyən qədər dəyişikliklər edib. Belə ki, proqrama qəbul olunan hər bir ideya yaxud startap, proqram müddətində aşağıdakı imkanları əldə edəcəklər:

    1. İnkubasiya və akselerasiya proqramları ayrılıqda (layihəyə görə təyin ediləcəkdir) 
    2. Tam təchizatlı ofis şəraiti
    3. Dizüstü və ya masaüstü kompyuterlər
    4. Həftəlik ABŞ-dan mentor dəstəyi (online)
    5. Gündəlik yerli mentor dəstəyi
    6. Layihə çərçivəsində ezamiyyətlər (layihəyə görə təyin edilir)
    7. Aylıq 2000 AZN-ə qədər təqaüd 
    8. Proqramı başa vurduqdan sonra yerli və xarici investorlarla görüş
    9. ABŞ-da təcrübə keçmək imkanı (bütün xərclər qarşılanır)


    Müsabiqəyə 10 yanvar, 2017-ci il tarixindən START veriləcəkdir. Müsabiqəyə qədər "NEXT STEP" İnnovasiya Mərkəzi ilə əlaqə saxlayıb ideyalarınız üçün ilkin rəy ala bilərsiniz.

    İdeya və layihələrinizi buradan qeydiyyatdan keçirə bilərsiniz.

    Əvvəlki müsabiqələrdən fərqli olaraq bu dəfə müsabiqəyə baş vuracaq olan layihələrə öncədən dəstək verilməsi planlaşdırılıb. Belə ki, sadəcə ideyası olan şəxslər də müsabiqə zamanı təyin edilmiş vaxtlarda mərkəzə yaxınlaşaraq öz ideyalarını danışacaq və müsabiqə şərtlərinə uyğunsa təqdimata hazırlanması üçün dəstək alacaqlar. 5-ci müsabiqəyə edilmiş əsas dəyişikliklərdən biri də layihələrin təqdim olunması zamanı "NEXT STEP" İnnovasiya Mərkəzinin münsiflərindən əlavə investorların da iştirakı olacaqdır. 

    Son müraciət tarixi: 10 fevral, 2017.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər