Next Step İnnovasiya Mərkəzindən dəstək alan "Wibeme" nələrə nail oldu?

Next Step İnnovasiya Mərkəzindən dəstək alan "Wibeme" nələrə nail oldu?

Digər
08.05.2017 PAYLAŞIM

Hələ 5 ay əvvəldən "Wibeme" adlı startupın gələcəyindən hamının xəbəri vardı. Startup günləri yarışında ideya ilə qalib olan bu layihənin rəhbəri Həmzə Hüseynlidir. Keçmiş "mytagram" sosial şəbəkəsinin qurucusu olan Həmzə kiçik yaşına baxmayaraq Azərbaycan startap bazarında kifayət qədər tanınır. Uğurlu olacaqlarını gözlədikləri bir vaxtda "mytagram"ın fəaliyyətini dayandıraraq bazara yeni bir layihə ilə giriş etmək fikrinə düşən və heyyətinin əksər hissəsi azyaşlı uşaqlardan ibarət olan bu komandadan açığı heç kim uğur gözləmirdi. Layihələri ilə söz söhbətə səbəb olan Next Step İnnovasiya Mərkəzi Azərabycanda nadir tapılan mərkəzlərdən biridir ki, startaplarına aylıq 2000 AZN və lazım olan texniki avadanlıqları verir. Hər qəbul zamanı 4-5 layihə seçən bu mərkəz indiki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yerləşir.
 
Belə bir vəziyyətdə həmin innovasiya mərkəzində olan layihələr onlara verilən vəsaitləri hansı məqsədlər üçün istifadə edirlər?
 
Yəqin ki, maraqlı sualdır. "Pul bizimdir özümüz bilərik", "kimə istəsək verərik" deməyə haqqı olan bu İnnovasiya Mərkəzinin hələ üzə çıxan layihəsini tapmaq biraz çətin məsələdir. Mövzudan yayınmadan Wibeme\'ə qayıtmaq istəyirəm. 4 ay ərzində hər gün "gələn ay saytı istifadəyə veririk ulan" deyərək qəribə selfieləri ilə diqqət çəkən bu gənclər deyəsən dediklərini etməyi bacardılar. Alınan 6000 AZN-i qoyaq bir kənara statistikalar və əldə olunan məlumatlar əsasında wibeme\'ni təhlil edək. Təxminən 1 aydır istifadəyə verilən wibeme.com gözlənilmədən  böyük marağa səbəb oldu. Əvvəllər xeyli bug və xətalar ilə dolu olan sayt indi fərqli formada daha dolğun görünür. Ümumi dizayn, funksionallıq və mövcud olan kateqroiyalarda bütün məlumatların yerləşdirilməsi sayta ciddilik qatır. Alexa statistikalarına görə Azərbaycanda 856-cı yerdə olan bu sayt hər gün sürətlə reytinq artımı yaşamaqdadır. 6 dəqiqə 21 saniyə saytda qalma müddəti və 13% bounce rate ilə sayt başlanğıc üçün yerli bazara görə mükəmməl statistikalar təqdim edir.
 
Simillarweb statistikaları heç də ürəkaçan olmasa da sözü gedən statistika saytının yeni yaranan saytları analiz etməkdə çətinlik çəkdiyini nəzərə alsaq wibeme\'ni bağışlamaq olar.
 
Nəticə etibarəilə fəaliyyət müddətləri ərzində müəyyən hədəfə çatan, hazır məhsulu keyfiyyətli təqdim edən layihə kimi Next Step\'in uğurları sırasına qatmaq olar. Təsadüfi deyil ki, Amerikaya getmək süçün seçilən startaplardan biri məhz wibeme oldu. İstifadəçilər üçün musiqi şəbəkəsi yaradan bu platformanın əsas məqsədi insanların musiqi zövqlərinə uyğun olaraq təkliflər verməkdir. Azərbaycan üçün təqdim olunan premium hesabın dəyəri təxminən 3 dollardır. Azərbaycan gəncləri tərəfindən maraqla qarşılanan və gündəlik istifadə olunan bu saytı Technote mütəxəssislərinin dəyərləndirməsi ilə uğurlu saymaq olar. Lakin Azərbaycan bazarı pullu hesabların əldə olunmasına yad bir ünsür kimi yanaşdığı üçün sözügedən layihənin əsas uğuru qloabal bazarda gözlənilir. Azərbaycanda sadəcə pulsuz paketlər təqdim etməklə, saytda reklam yerləşdirərək trafikdən pul qazanmaq yaxşı seçim olardı. Qlobal bazarda əjdaha rəqiblərlə mübarizə aparmaq üçün wibemeyə yaxşı investisiya bir də yaxşı reklam lazımdır. Ən azından bu yaşda ortaya belə bir startap çıxardıqları üçün gəncləri təbrik etmək olar. İnvestorlar üçün isə artıq riskə getmək zamandır, deyə bilərik. Təbii ki, bütün bunlar bizim şəxsi dəyərləndirməmizdir. Məqalə reklam və tanıtım xarakterli deyil.




DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×