main-post-cover

    NEXUS cihazlara factory image yazılması qaydası!

    07.05.2017
    Farid Pardashunas
    Ötən həftə xatırladığınız kimi, yeni Nexus modellərinin tanısıldığı tədbirdə Android 6.0 Marshmallow güncəlləməsinin çıxacağı paylaşılmışdı. Bugün isə gözlənilən yenilənmələr factory image dosyesi şəklində yayımlandı.
     
    ƏGƏR GÜNCƏLLƏMƏ TELEFONUNUZA OTA ÜZƏRİNDƏN GƏLMƏYİBSƏ, ONDA BU XƏBƏRİMİZİ DİQQƏTLƏ OXUYUN!
     
    Nexus cihazlara factory image fayllarının qurulması qaydasını sizə izah edəcəyik. Bununla da siz özünüz güncəlləməni telefonunuza quracaqsınız.
     

    *Diqqət: Hər ehtimala qarşı bu əməliyyatı etməmişdən öncə telefonuzun datalarını backup edin. Çünki yüksək ehtimalla telefonunuz 0 vəziyyətində olacaq. 
    *Diqqət: Google, Nexus One xaric bütün Nexus cihazların factory image fayllarını rəsmi səhifəsində paylaşır. Cihazınıza uyğun ən son factory image fayllarını buradan endirə bilərsiniz.
    *Diqqət: Bu əməliyyatı etmək üçün telefonun bootloader'inin unlock olması lazmdır. Telefonun brick olması, faylların yazılımında çıxacaq hər hansı bir səhv, qarantiyanın itməsi ilə bağlı heç bir məsuliyyət daşımırıq! Hər cür risk sizə aiddir! 
    Addım addım Nexus modellərinə factory image qurulması
    İstifadə etdiyimiz Nexus cihazı ilə kompyuter arasında əlaqə yaratmaq üçün Android SDK’nın içində olan fastboot faylına və USB şunura ehtiyacımız var. Cihazın batareyasının dolu olması mütləqdir.
    Fastboot faylını endirmək üçün Android SDK'nın bütün versiyasını endirməyə ehtiyac yoxdur. 9 MB'lıq sadəcə platform-tools hissəsinin endirmə linkini internetdə tapa bilərsiniz. Təhlükəsizliyiniz üçün rəsmi mənbə olan Google Android SDK linkini sizlərlə paylaşırıq. 
    Buradan endirə bilərsiniz:
     
    Android SDK və istifadə etdiyimiz Nexus modelinə görə factory image endirdik. Əməliyyata başlayaq....
    Endirdiyiniz .tgz uzantılı factory image fayllarını arxivdən çıxarırıq. Arxivdən çıxaracağınız Factory image fayllarının içindəki qovluqların içində olan faylların hamısının fastboot.exe faylı ilə eyni qovluqda olması lazımdır.
    Qovluğun içində olması lazım olan fayllar:
    (Windows üçün)(Fərqli telefonlar üçün dəyişə bilinəcək yerləri sizin üçün açıqlamalı şəkildə yazırıq. Fayl adları cihazın modelinə görə dəyişir. Yəni cihazınızın modeli nədirsə, onun adı olmalıdır.)
    fastboot.exe
    bootloader-istifadəolunancihaz-versiya.img
    image-cihazınkodadı-cihazınyığılmanömrəsi.zip
    Əgər cihaz SIM / GSM əsaslıdırsa radio-cihazinkodadi-versiya-rəqəmlər.img və bilməmizə lazım olmayan başqa qovluqlar bu qovluq içində olacaq.
    *Diqqət: Yuxarıdakı fayl adları yazının davamında belə olacaqdır. Sizin factory image paketindən çıxan faylların adını istifadə etməniz lazımdır. Məsələn: hammerhead-lrx21o-factory.zip
    Hər şey hazırdır. Artıq Nexus cihazımıza factory image flaşla bilərik...
    1- Cihazınızı söndürün
    2- Cihazın bağlı olduğuna əmin olduqdan sonra power düyməsi ilə səs azaldan düyməni basılı saxlayaraq bootloader moduna girin.
    3- Cihazınızı USB ilə əməliyyatı edəcəyəniz kompyuterə bağlayın və əməliyyat sisteminizin terminalı (Windows’da cmd.exe) ilə fastboot və digər faylların olduğu qovluğa "cd” əmri ilə giriş edin.
    Nümunə: İş masası üzərində olan nexus5fastboot adlı qovluğa terminaldan "cd Desktop/nexus5fastboot” əmri ilə girə bilərik.
    4- Bağlantının alınıb alınmadığını isə belə yoxlayırıq:
    Windows üçün:
    fastboot devices
    Linux və Mac üçün:
    ./fastboot devices
    Eğer qarşınızdakı siyahıda bir cihaz görürsünüzsə (və kompyuterinizə sadəcə bir cihaz bağlıdırsa) əməliyyata davam edirik. Görünmürsə cihazınızı kompyuterə tanıtmada problem yaranıb deməkdir. Xüsusilə Nexus'un ADB sürücüsünü təkrar qurmağı yoxlayın.
    5- Aşağıdaki əmrlərlə boot, cache, recovery, system ve userdata kataloqlarını silirik. Hər bir sətirdəki əmri sırayla tətbiq edin.:(***ƏGƏR BACKUP ETMƏMİSİNİZSƏ XƏBƏRDARLIQ EDİRİK-Bu əməliyyatlar sonrası bütün datalarınız silinəcək***)
    fastboot erase boot
    fastboot erase cache
    fastboot erase recovery
    fastboot erase system
    fastboot erase userdata
    6- Bootloader’ı yenidən yüklüyəyirik:
    fastboot flash bootloader bootloader-cihazmodeli-versiya.img
    7- Bootloader’ı yeniden başladırıq:
    fastboot reboot bootloader
    (8 ve 9-cu addımlar SIM kart girişi olan cihazlarda Radio yükləmək üçün lazımdır)
    8- Radio image faylını yükləyirik:
    fastboot flash radio-cihazkodadi-versiya-güncəlləməkodu.img
    9- Bootloader’ı yenidən başladırıq:
    fastboot reboot bootloader
    10- Sistem, xilas etmə image və kernel də olan əsas paketi yükləyirik:
    fastboot -w update image-cihazinkodadi-cihazinyığılmanömrəsi.zip
    11- Bootloader’ı yeniden başladırıq (Amma bunu əlinizlə telefon üzərindən deyil, kod ilə kompyuterdən edirik)
    fastboot reboot bootloader
    Əməliyyat bitdi!
    Son bir əlavə!
    Qarantiya məsələləri üçün bootloader'ın lock olması avantajdır. Bu əməliyyata əlavə olaraq kiçik kodla bootloader'ı bağlaya bilərsiniz. Onu da göstərək.
    fastboot oem unlock kodunu yazaraq kilid açılır, fastboot oem lock əmri ilə də bağlanır.
    12- Cihazı yenidən başladırıq:
    fastboot reboot
    Belə uzun olmasına baxmayın. Sürətli və mövzuya bələd olan biri bunu 5 dəqiqədə edə bilər. Bu məqaləmizdə Nexus cihazlara necə factory image yüklənir onu göstərdik. İndidən xeyirli olsun :)
     

    Linki kopyala