main-post-cover

    Nexus həvəskarları! Qarşılayın! Yeni Huawei Nexus 6P!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Google bugün verdiyi açıqlama ilə Nexus LG və Huawei ilə ortaq çalışma nəticəsində ortaya çıxardığı yeni telefonlarını təqdim etdi. LG istehsalı olan Nexus 5X, Huawei'nin telefonu isə Nexus 6P olaraq adlandırılır.
    1443546214_gsmarena006.jpg
    Huawei istehsalı yeni Nexus 6P’da 5.7 inç böyüklüyündə QHD keyfiyyətli ekran istifadə olunan telefon gücünü 64 bit səkkiz nüvəli Snapdragon 810 prosessor setinin yenidən üzərində işlənilmiş olan 2.1 versiyasından alacaq. Bu prosessor seti 3 GB RAM ilə dəstəklənəcək. 32/64/128GB şəklində satışa çıxacaq olan telefonda Android 6.0 Marshmallow əməliyyat sistemi olacaq. Metal korpusla təchiz olunacaq telefonun arxa tərəfində barmaq izi sensoru da var. Telefonda 3.450mAh batareya olacaq və USB-Type-C girişi sayəsində enerji ehtiyacını qarşılayacaq.
    1443546644_gsmarena003.jpg
    12.3MP arxa ve 8MP ön kameraya sahib olacaq Nexus 6P kamerasındakı zəif işıqda 80% işığa doyğun foto çəkəbilmə xüsusiyyəti sayəsində istifadəçiləri məmnun edəcək.
    Huawei Nexus 6P 499 Dollar-32GB, 549 Dollar-64GB və 649 Dollar-128GB qiymətləndirmı ilə satışa buraxılacaq. İlk dönəmdə ABŞ, İngiltərə, Kanada, İrlandiya və Yaponiya'da satışa buraxılması nəzərdə tutulan telefon yaxın zamanlarda ölkəmizdə də satışa çıxarılacaq.
    Linki kopyala