Reklam
Nəyə görə itlərlə ünsiyyətdə olanda danışığımıza fikir verməliyik?

Nəyə görə itlərlə ünsiyyətdə olanda danışığımıza fikir verməliyik?

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İt heç zaman öz sahibini məhkum etməz. Çünki o, sahibinin nə dediyini anlamır. Lakin bəlkədə hər şey bu qədər sadə deyil.

Doğrudanmı insanlar və itlər nitqin anlaşılması üçün fəaliyyət göstərən eyni sinir bölmələrinə sahibdirlər? İnsanlar nitq və intonasiya anlaşılması barəsində böyük inkişafa sahibdirlər. Müşahidələrə əsasən itlər də həmin prosesi yerinə yetirə bilirlər. Lakin daha kiçik miqyasda. Amerikanın Elmin İnkişafına Yardım Assosiasiyasının (AAAS) sözlərinə görə müşahidəçilər itlərin sahiblərinin səsyazmalardakı səslərinə qulaq asan zaman onların beyinlərini MRT vasitəsilə müşahidə ediblər. "Technote.az"ın "Ru.pcmag.com"a istinadən verdiyi xəbərə əsasən itlərin beynindəki neyron aktivliyini araşdırandan sonra alimlər maraqlı nəticəyə gəliblər.



Onlar müəyyən ediblər ki, itlər öz sahiblərinin nitq və intonasiyasını anlamaqdan əlavə məlumatları adi insan beyni kimi emal edirdilər. Bundan əlavə olaraq aparılmış müşahidələr əsasında məlum olub ki, itlər də insanlar kimi müəyyən sözlərin mənasını başa düşmək üçün beynin sol yarımkürəsindən istifadə edirlər. Yaxşı sözlər ilə xeyirxah intonasiyanın birləşməsi itlərə böyük zövq verirdi. "Bu onu sübut edir ki, itlər sahiblərinin nə dediklərini və necə dediklərini başa düşürlər. Bununla yanaşı onlar bu iki faktoru sahibin nə dediyini anlamaq üçün birləşdirirlər” - deyə müşahidəçilər bildiriblər. Digər sözlə desək itlər sizin nə dediyinizi anlaya bilirlər. Ona görə də nə dediyinizə fikir verin.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..

×