Nəyə görə bu il iPhone 7 təqdim olunmayacaq?

Nəyə görə bu il iPhone 7 təqdim olunmayacaq?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

2008-ci ildə Apple şirkəti iPhone 3G modelini satışa çıxardandan sonra hər iki ildən bir sözügedən cihaz kiçik fərqli funksiyalar sayəsində yenilənirdi. İndi isə Apple bu qaydanı dəyişərək 3 illik fasilə rejiminə keçir. Apple-ın 3 illik gözləmə rejiminə keçməsinin əsas səbəbi smartfon bazarında satış tempinin aşağı düşməsidir. Bazarda külli miqdarda smartfon seçiminin olmasından başqa artıq şirkət qısa zaman dövründə öz smartfonunun yenilənməsində bir məna görmür. Məhz buna görə bu il iPhone 7-ni gözləməyə ehtiyac yoxdur. Artıq verdiyimiz məlumata əsasən yeni cihaz 6s modelindən sadəcə olaraq ikili arxa kamera, Smart Connector girişinin olması və 3.5 mm qulaqcıq girişinin olmaması ilə fərqlənəcək. Şaiyələrə əsasən isə şüşə korpuslu, OLED ekranlı və Home düyməsinin olmayacağı yeni nəsil iPhone-u şirkət gələn il təqdim edəcək. Bazardakı vəziyyət ondan xəbər verir ki, artıq alıcılar hər il külli miqdarda vəsaiti iPhone-a xərcləmək istəmirlər. Belə ki, hər yeni model əvvəlkilərdən sadəcə dizayn və bir neçə kiçik funksiyasına görə fərqlənir. Bu səbəbə görə bu ilin sentyabr ayında baş tutacaq təqdimatda çox güman ki, yeni model iPhone Pro adlanacaq. Şirkət artıq bu il qaydaları dəyişmişdi. Belə ki, məhz bu il iPhone SE satışa çıxmışdır. Bu model iPhone-ların 5-ci nəslini yeniləmək istəyənlər üçün nəzərdə tutulmuşdu. Onu da yadda saxlamaq lazımdır ki, iPhone-nun gələn il 10 yaşı tamam olacaq. Çox güman ki, şirkət ən maraqlı texniki yenilikləri məhz yubiley zamanı təqdim edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×