Nəyə görə elektron qıfıllara güvənmək olmaz?

Nəyə görə elektron qıfıllara güvənmək olmaz?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Merculite Security” şirkətinin mütəxəssisləri növbəti dəfə sübut ediblər ki, "İnternet əşya” cihazlarının istehsalçıları təhlükəsizlik ilə bağlı məsələlərə lazımi diqqəti ayırmırlar.

Çoxu zaman qoşulmuş cihazları ən primitiv texnikadan istifadə edərək sındırmaq mümkündür. "Ağıllı” qapı qıfılları da istisna deyil. Technote.az-ın "Thenextweb.com” saytına istinadən verdiyi xəbərə əsasən "DEF CON 24” adlı hacker konfransı çərçivəsində tədqiqatçılar Entoni Rouz və Ben Remsi 16 məşhur elektron qıfılların test nəticələri haqqında məlumat veriblər. Nəticələr isə heç də ürəkaçan olmayıb. Belə ki, yalnız 4 elektron qıfıl bütün testlərdən keçə bilib. Quicklock, iBluLock, Plantraco və digər bəzi model elektron qıfılları fərqləndirən əsas xüsusiyyət ondan ibarət idi ki, onlar giriş şifrələrini adi mətn şəklində ötürürdülər. Bu məlumatı isə Bluetooth-sniffer vasitəsilə ələ keçirmək olar.

Yerdə qalan qıfıllar (o cümlədən Lagute, Vians və Ceomate) təkrar giriş cəhdi hücumu qarşısında zəif olublar. Təkrar giriş cəhdi zamanı yazılmış müvafiq əmr siqnalları vasitəsilə qapını açmaq və ya bağlamaq mümkündür. Sındırmanın bu üsulu artıq 10 ildirki məlumdur. Lakin istehsalçılar onun aradan qaldırılmasına diqqət etməyiblər. Təcrübələr keçirilən zaman gülünc vəziyyət yaranıb. Belə ki, "Kwikset Kevo” adlı yaradıcı öz qıfıl modeli üzərində yaxşı çalışıb. Buna görə də mütəxəssislər onun qoruma sistemini sındıra bilməyiblər. Lakin onlar bütün cihazlardan imtina edərək qıfılı sadə vintaçan ilə açıblar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×