Niderlandda, əlindən smartfon düşməyən insanlar üçün xüsusi işıqforlar quraşdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Niderlandda qeyri-adi işıqforlar quraşdırılıb.
Niderlandın Bodeqraven-Reuvek adlı
şəhərində, əlindən smartfon düşməyən insanlar üçün xüsusi işıqforlar
quraşdırılıb. Bu işıqforlar, hətta avtomobil yolunu keçən zaman belə, fikrini
smartfondan ayırmayan insanlar üçündür. Sözügedən işıqforlar, yerə, qırmızı və
yaşıl rəngdə işıqları əks etdirir. Həmin işıqlar hətta mobil telefona baxan
zaman belə görünürlər. Beləliklə WhatsApp-da yazışarkən və ya mobil telefonda
digər bir işlə məşğul olan zaman yolu keçəndə, piyadanın avtomobil tərəfindən
vurulma təhlükəsi aradan qalxır. Bu cür sistemlər həmçinin Almaniyada və
Avstraliyada mövcuddur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ