Niderlandda, əlindən smartfon düşməyən insanlar üçün xüsusi işıqforlar quraşdırılıb

08.05.2017 0 PAYLAŞIM 5642 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Niderlandda qeyri-adi işıqforlar quraşdırılıb.

Niderlandın Bodeqraven-Reuvek adlı şəhərində, əlindən smartfon düşməyən insanlar üçün xüsusi işıqforlar quraşdırılıb. Bu işıqforlar, hətta avtomobil yolunu keçən zaman belə, fikrini smartfondan ayırmayan insanlar üçündür. Sözügedən işıqforlar, yerə, qırmızı və yaşıl rəngdə işıqları əks etdirir. Həmin işıqlar hətta mobil telefona baxan zaman belə görünürlər. Beləliklə WhatsApp-da yazışarkən və ya mobil telefonda digər bir işlə məşğul olan zaman yolu keçəndə, piyadanın avtomobil tərəfindən vurulma təhlükəsi aradan qalxır. Bu cür sistemlər həmçinin Almaniyada və Avstraliyada mövcuddur.