Dünyanın nigeriyalılarla imtahanı. Bu dələduzlar ilə nə qədər qazanır? (Diqqətli olaq)

Dünyanın nigeriyalılarla imtahanı. Bu dələduzlar ilə nə qədər qazanır? (Diqqətli olaq)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 
Technote.az-ın xarici mənbələrdən aldığı məlumata görə Nigeriyadan olan kiber cinayətkar qruplaşma bütün dünyadan olan şirkətlərin elektron məktub və bank hesablaşmalarını ələ keçirərək külli miqdarda pulu mənimsəyib.

Kiber cinayətlərlə mübarizə şirkəti "SecureWorks"ün verdiyi məlumata görə, 30-40 nəfər kiber cinayətkardan ibarət qruplaşma il ərzində təxminən 5 milyon dollar pul oğurlayır. Oğurluq hallarına kimya sənayesi məhsullarının, əczaçılıq və ağır texnikanın yüksək məbləğdə alqı-satqının təşkil olunduğu şirkətlərdə daha çox rast gəlinir. ABŞ hüquq müdafiə orqanı iyun ayında cinayətkarların saxta profillərlə yaratdıqları elektron ünvanlar vasitəsilə 3 milyard dollar ələ keçirdiklərini bildirib və bu son 10 ayda kiber cinayətin 50% artmasına işarətdir.

"SecureWorks"un tədqiqatçılarından olan James Bettke bildirib ki, cinayətkar qrupun üzvü nigeriyalı gənc onların içində ən təhlükəlilərdən biridir. Belə ki, baş transfer icraçılarının adından elektron məktub göndərərək tranzit olunan məhsulları pul köçürməsi həyata keçirildikdən sonra baş tutacağını bildirərək şirkəti aldadırmış. Şirkətlər isə bütün sənədləşmə işlərinin tam qaydasında olduğunu görərək tələyə düşürmüşlər. "SecureWorks" şirkəti hüquq müdafiə orqanlarını vəziyyətdən agah edərək, iştirakçı şirkətlərlə əlaqə saxlamağa çalışıb. Bu il tanınan kiber müdafiə şirkəti artıq bu şəxslərin kimliyini, profillərini, aralarındakı danışıqları, həmçinin biznesi necə dövriyyəyə buraxacaqları haqda söhbətləri ortaya çıxara bilib.


Taktiki qurulmuş bu qruplaşmanın işləri bu il "Filippin kazinosu"ndan, Banqladeşin mərkəzi bankından 81 milyon dollarlıq bank hesabı oğurluğundan daha da qəlizdir.

Bettke, bu metodu "şifrələnmiş çek yuyulması” adlandıraraq online cinayətə ekvivalentdir deyə bildirib. Çeklər poçt qutusundan oğurlanır və asetonda yuyulur ki, ödəməni qəbul edən bilinməsin və pul başqa bank hesabına transfer edilir. Xakerin mövcud ödənməmiş hesabı tapması, qəbul edənin hesabının dəyişdirilməsi və alıcının cavabı, hansı ki, sonra cinayətkarın hesabına pul ötürülməsi ilə nəticələnir.

Belə hallardan biri Hindistanın kimya şirkətinə ödənəcək 400000 dolların hackerlərin əlinə keçməsinə səbəb olub. Qrup Hindistan şirkətinin nümayəndəsinin elektron ünvanında dəyişiklik edərək özlərinə yönəldib və beləliklə, Amerika tərəfinin şirkətə etməli olduğu məbləğ hackerlərin əlinə keçib.

 

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×