main-post-cover

    Nike, bağı avtomatik bağlanan ayaqqabı istehsal edəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Back to the Future filmində gördüyümüz, bağı avtomatik bağlanan ayakkabılar reallaşır. Nike, HyperAdapt 1.0’ı təqdim edəcəyini açıqlayıb.

    Back to the Future filminin baş rol ifaçısı Michael J. Fox, bağı avtomatik bağlanan Nike MAG’i yoxladıqdan sonra, hamı Nike’ın bu ayaqqabını istehsal edib-etməyəcəyi haqqında fikirləşirdi.

    Və nəhayət Nike, məşhur bağı öz-özünə bağlana bilən ayaqqabıları istehsal etməyə başlayacağını açıqladı.

    Tanış olun: Nike HyperAdapt 1.0!
     
    Nike, bağı avtomatik bağlanan ayaqqabı istehsal edəcək


    Nike Innovation Summit ilə açıqlanan HyperAdapt 1.0, firmanın inkişaf etmiş, uyğunlaşdırıla bilən, avtomatik bağlanan ayaqqabı bağı texnologiyasından istifadə edən ilk ayaqqabı olacaq. Bununla birlikdə hər kəsin sevdiyi Jordan, Air Max və digər ayaqqabılar da bir gün bu texnologiyadan faydalana biləcəklər.

    Nike tərəfindən fikrin yayınmasını azaltmaq üçün yaradılan bu texnologiya, ayaqqabını geyinən insana vaxt qazandıracaq. Ayaqqabı geyildiyi anda avtomatik bağlar sıxılmağa başlayacaq. Ayaqqabının yanlarında olan iki ədəd düymə ilə ayaqqabını sıxmaq və boşaltmaq mümkündür.
     


    2016-cı ilin yay aylarında satışa çıxması gözlənilən ayaqqabılar, 3 fərqli rəngdə olacaq. Şirkət qiymət barədə məlumat verməsə də, başlanğıc üçün sadəcə Nike+ istifadəçilərinə satılacağı bilinir.
    Linki kopyala