Bu yaxınlarda internetdə yayılmış və Nintendo şirkətinin yeni konsolu olacaq Nintendo NX üçün güman olunmuş gamepad fotoları fake çıxdı. Belə qənaətə gəlmək olar ki, bir müddət öncə həmin fotolara bənzəyən digər versiyalar da fake imiş. Fake çıxmış həmin fotolar müəyyən istifadəçi tərəfindən photoshopda hazırlanıb. 24 martdan 25 marta keçən gecə həmin istifadəçi photoshop ilə fotonun necə hazırladığı haqqında videonu öz kanalında təqdim edərək bunu etiraf edib. Qeyd etmək lazımdır ki, fotolar ilk dəfə təqdim olunan zaman onlar bütün internetə yayılmışdı. Onları hətda nüfuzlu oyun mətbuatları belə dərc etmişdilər. Təkcə Neogaf forumunda həmin fotolar 2 milyona yaxın baxış sayı yığmışdır. İstifadəçilər sözün əsl mənasında "yeni gamepad-ları" müzakirə edirdlər. Fotoların fake olması ilə bağlı xəbər yayılandan sonra müxtəlif forumlarda mütəxəssislər bu xəbəri təsdiqləyiblər. İlk videoda siz Idriss2Dev adlı istifadəçi tərəfindən hazırlanmış fake fotonu, ikinci videoda isə Bravu adlı istifadəçi tərəfindən hazırlanmış fake prototipi görə bilərsiniz. Nintendo NX konsolunun rəsmi təqdmatı isə bu il üçün gözlənilir.
Şərh yoxdur