main-post-cover

    Nintendo Pokemon GO üçün nəzərdə tutulmuş yeni cihazı təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Nintendo şirkəti Pokemon GO oyunçuları üçün xüsusi qolbaq istehsal edəcək. Yeni cihaz vasitəsilə pokestop və pokemonların axtarışı asanlaşacaq. Deməli hörülmüş kəmərin üzərində vibrasiya və işıq diodları ilə təchiz olunmuş cihaz yerləşəcək. Cihaz ilə smartfonun sinxronlaşdırılması üçün Bluetooth-dan istifadə olunacaq. Oyunçu pokestop-a yaxınlaşdıqda cihaz işıqlanacaq və vibrasiya verəcək. Pokestop-dan oyundakı qiymətli xüsusiyyətlərin çıxması üçün qolbağa toxunmaq kifayət edəcək. Yəni bunun üçün smartfondan istifadəyə ehtiyac qalmayacaq. Yaxınlıqda hər-hansı bir pokemonun olması da vibrasiya və işıqlanma xüsusiyyətləri ilə bilinəcək. Pokemon aşkarlandıqda ona pokeball-u cihazın mərkəzi düyməsinə klikləyərək atmaq olacaq. Cihaz əslində iyul ayının sonunda təqdim olunmalı idi. Lakin şirkət cihazın sentyabr ayında təqdim olunmasına qərar verdi.
     
    Linki kopyala