

Nüfuzlu yapon qəzeti Nikkei öz mənbələrinə istinadan bildirib ki, Nintendo şirkəti Wii U konsolunun istehsalını bu ilin sonuna kimi dayandırmağı planlaşdırır. Verilən məlumatda qeyd olunurki bu qərar şirkətin yeni konsolu olacaq Nintendo NX-in satışa çıxmasından daha tez verilə bilər. Məlumata əsasən şirkət Wii U konsolu üçün olan bəzi aksesuarların istehsalını dayandırıb. Anbarlarda qalmış aksesuarların isə yeni konsolun satışa çıxmasına qədər satılması güman edilir. Bütün bunlara daxmayaraq Wii U konsolu üçün bir sıra oyunlar hələ istehsal mərhələsindədir. Məsələn Paper Mario: Color Splash və The Legend of Zelda. Nintendo şirkəti isə Nikkei qəzetinin bu xəbərini inkar edir. Digər tərəfdən şirkət çox vaxt Nikkei qəzetinin bir çox xəbərlərini inkar edib. Nəticədə isə həmin xəbərlər sonda öz təsdiqini tapıb. Məsələn bu cür hadisə 2012-ci ildə 3DS XL konsolu ilə baş vermişdi. İyun ayının əvvəlində Nintendo bütün xəbərləri inkar edirdi. Lakin E3 2012 oyun sərgisindən sonra şirkət rəsmi olaraq konsolu anons etmişdi. Bəzən isə elə hallar olurdu ki, Nikkei qəzetinin xəbərləri öz təsdiqini tapmırdı. Maraqlısı budur ki, hələ fevralın əvvəlində Yaponiyada Wii U konsolunun çatışmamazlığı problemi yaranmışdı.
Şərh yoxdur